“Çağ” Öyrətim İşlətmələri Şirkətinin və Qafqaz Universitetinin təşkilatçılığı ilə Azərbaycandan bir qrup jurnalist Türkiyədə oldu


“Çağ” Öyrətim İşlətmələri Şirkətinin və Qafqaz Universitetinin təşkilatçılığı ilə Azərbaycandan bir qrup jurnalist Türkiyədə oldu

Türkiyədə hər il keçirilən Beynəlxalq Türk dili olimpiadası start götürüb. Bu il 10 illik yubileyini qeyd edən olimpiada iyunun 14-dək davam edəcək. MİA-nın məlumatına görə, Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu olimpiadaya 135 ölkədən minlərlə iştirakçı qatılıb.

İştirakçılar türk dilində şer söyləyir, rəqs edir və başqa kateqoriyalarda öz qabiliyyətlərini nümayiş etdirirlər. Olimpiadanın keçirilməsində məqsəd dünyanın müxtəlif ölkələrində türk dilinin gözəlliyini və əzəmətini nümayiş etdirmək, tanıtmaq və sevdirməkdir. Ötən il Azərbaycan olimpiadada 7 qızıl, 10 gümüş, 4 bürünc medal qazanıb. Bu il də bir Azərbaycan nümayəndəsi qızıl medala layiq görülüb.

Qeyd edək ki, X Türk Dili Olimpiadasının açılış mərasimində iştirak etmək üçün “Çağ” Öyrətim İşlətmələri Şirkətinin və Qafqaz Universitetinin təşkilatçılığı ilə Azərbaycandan bir qrup mətbuat nümayəndəsi qardaş ölkəyə səfər edib. İyunun 1-dən 3-dək davam edəcək səfər çərçivəsində Azərbaycan media nümayəndələri bu gün Beynəlxalq Türk Dil Olimpiadası ilə bağlı tədbirlərə qatılıb, olimpiada çərçivəsində təşkil olunan Azərbaycan mədəniyyətini tanıtma tədbirində iştirak ediblər. Bununla yanaşı, Azərbaycanda digər ir sıra qruplar da sözügedən tədbirdə iştirakla bağlı Türkiyədə olublar. Ümumilikdə Azərbaycandan 350 nəfərə yaxın şəxs təşkil olunan tədbirə gedib.
 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde