Azərbaycandan 100 jurnalist Beynəlxalq Türk Dil Olimpiadası çərçivəsində təşkil olunacaq Azərbaycan mədəniyyətinin tanıtıma aid mərasimdə iştirak edəcəklər


 Hər il olduğu kimi bu il Türkiyədə ənənəvi Beynəlxalq Türk dili olimpiadası keçiriləcək. On ildir davam edən olimpiadanın açılış mərasimində iştirak etmək üçün Qafqaz Universitetinin təşkilatçılığı ilə Azərbaycandan 100 mətbuat nümayəndəsi qardaş ölkəyə səfər edəcək. Bu barədə  Qafqaz Universitetindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində media nümayəndələri Beynəlxalq Türk Dil Olimpiadası ilə bağlı tədbirlərə qatılacaq, olimpiada çərçivəsində təşkil olunacaq Azərbaycan mədəniyyətinin tanıtıma aid mərasimdə iştirak edəcəklər.
Bu il 10 illik yubileyini qeyd edəcək olimpiada mayın 31-dən iyun ayının 14-dək Türkiyənin müxtəlif şəhərlərində keçiriləcək. Olimpiadaya 135 ölkədən nümayəndə heyəti iştirak edəcək.
Olimpiadanın rəsmi bağlanma mərasimi İstanbulda təşkil olunacaq.
Rüfət

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır