Azərbaycan təmsilçisi Türkiyədə “Mahnının ulduzu” müsabiqəsində 2-ci yeri tutub



Azərbaycan nümayəndəsi Səma Sultanova 10-cu Türk dili Olimpiadası çərçivəsində keçirilən “Mahnının ulduzu” müsabiqəsində uğurlu çıxış edib.

Gün.Az Türkiyənin “Cihan” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, sözügedən müsabiqənin finalında birincilik uğrunda 13 ölkənin təmsilçiləri mübarizə aparıblar.

Məlumata görə, iştirakçıların ifasından sonra onların çıxışını dəyərləndirən nüfuzlu münsiflər 1-ci yerə “Gülüm mənim” mahnısını ifa etmiş Türkmənistan nümayəndəsi Ruslan Annamammedovu layiq görüblər.

Münsiflərin qərarına əsasən, “Könül yarası” mahnısını ifa etmiş Azərbaycan təmsilçisi Səma Sultanova 2-ci yeri tutub.

Müsabiqədə 3-cü yeri isə indoneziyalı iştirakçı Patton Otlivio Latupeirissa qazanıb.   

Maraqlıdır ki, S.Sultanovaya mükafatı “Kurtlar Vadisi” teleserialında Polat Alemdar obrazını yaradan Necati Şaşmaz təqdim edib.

A.Zeynalov
Gün.Az

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde