Azərbaycan təmsilçisi Səma Sultanova X Beynəlxalq Türkçə Olimpiadasının ikincisi seçilib

X Beynəlxalq Türkçə Olimpiadasının mahnı finalının qaliblər məlum olub. SİA-nın xəbərinə görə, Türkiyənin paytaxtı İstanbulda “İnsanlıq əl-ələ” şüarı altında keçirilən olimpiada maraqlı anlarla yadda qalıb.  
Beynəlxalq Türk Dili Cəmiyyəti tərəfindən təşkil edilən türk dili olimpiadasında 135 ölkədən gələn məktəblilər türk dilində mahnılar ifa ediblər. X Beynəlxalq Türkçə Olimpiadanın final konsertini Türkiyənin tanımış simaları, dövlət rəsmiləri izləyib. Finalda İbrahim Tatlısəsin “Gülüm mənim” mahnısını ifa edən türkmənistanlı məktəbli Ruslan Annaməmmədova birinciliyi əldə edib.  
“Gönül yarası” adlı mahnını ifa edən Azərbaycan təmsilçisi Səma Sultanova yarışmanın ikincisi seçilib. S. Sultanovaya mükafatı “Kurtlar vadisi” serialının baş rolunun ifaçısı Necati Şaşmaz təqdim edib.


Könül Kamilqızı
http://www.sia.az/index.php?action=static_detail&static_id=301058 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır