Azərbaycan Beynəlxalq Türk dili Olimpiadasında - FOTO

Hər il keçirilən ənənəvi Beynəlxalq Türk dili Olimpiadası start götürüb. Bu il 10 illik yubileyini qeyd edən olimpiada iyunun 14-dək davam edəcək. Modern.az-ın məlumatına görə, Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu olimpiadaya 140 ölkədən minlərlə iştirakçı qatılıb.
İştirakçılar türk dilində şeir söyləyib, rəqs edib və başqa kateqoriyalarda öz qabiliyyətlərini nümayiş etdirdilər. Olimpiadanın keçirilməsində məqsəd dünyanın müxtəlif ölkələrində türk dilinin gözəlliyini və əzəmətini nümayiş etdirmək, tanıtmaq və sevdirməkdir. Beynəlxalq olimpiadanı işıqlandırmaq üçün “Çağ” Öyrətim Şirkətinin və Qafqaz Unversitetinin təşkilatçılığı ilə bir qrup Azərbaycan media nümayəndəsi Türkiyəyə səfər edib. Onlar Türkiyədə keçirilən olimpiadanı izləyiblər. Türkiyəyə səfəri təşkil edilən Azərbaycan media təmsilçiləri üçün də mədəni tədbirlər proqramı təşkil olunub. İstanbul Sərgi Mərkəzində baş tutan sərgidə digər ölkələrlə müqayisədə Azərbaycan üçün xüsusi və daha geniş yer ayırılıb.

Sərgidə Azərbaycanın tarixi Şirvanşahlar Sarayı, Qız Qalası, ölkənin tarixi və mədəni abidələri əks olunub. Sərgidə jurnalistlərə açıqlama verən “Çağ” Öyrətim Şirkətinin rəhbəri Ənvər Özeren Azərbaycan və Türkiyə arasındakı əlaqələrdən, dövlət başçılarının dostluq münasibətlərinin inkişaf etdirməsi məqsədilə gördükləri işlərdən danışıb.

O bildirib ki, sərgi çərçivəsində Azərbyacana ən geniş yerin ayrılması iki qardaş ölkə arasında dostluq və qardaşlıqdan xəbər verir. Olimpiadanın üçüncü günü isə həmin sərgi mərkəzində Azərbaycan gününə həsr olunan tədbir təşkil olunub. Azərbaycandan gələn 400-ə yaxın nümayəndə heyəti də iştirak edən tədbirdə Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə konsert və qiraət proqramı keçirilib. “Azərbaycan şöləni” adlanan həmin mərasimdə Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilən salonunda yerli tamaşaçılar konserti “Azərbaycan-Türkiyə” şüarları ilə müşayət ediblər. Mərasimi qonaq qismində izləyənlər arasında Azərbaycanın xalq artistləri Həmidə Ömərova, Sənubər İsgəndərli, əməkdar artist Azərin, o cümlədən ölkəmizin İstanbuldakı diplomatik korpusunun və ictimai təşkilatların nümayəndələri də olub.

Daha sonra KİV nümayəndələri Bizans və Osmanlı imperiyalarının dövründən qalmış tarixi abidələr, həmçinin şəhərin diqqət çəkən məkanları ilə yaxından tanış olublar. Azərbaycandan olan media təmsilçilərinə bələdçilər tərəfindən abidələrin tarixi və əhəmiyyəti barədə ətraflı məlumatlar verilib. Qeyd edək ki, may ayının 30-dan başlayan olimpiada iyunun 14-dək davam edəcək.


Gültəkin ƏLƏSGƏR


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır