Amasyada "Qarabağdan Amasiyaya Könül Körpüsü – Beynəlxalq Həmzə Nigari Simpoziumu” keçirilib.
Movqe.Az
xəbər verir ki, 31 may - 1 iyun 2012 tarixlərində MİRAS Mədəni İrsin
Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz
Araşdırmaları İnstitutu, Amasiya Valiliyi, Amasiya Bələdiyyəsi, Amasiya
Universiteti, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin
birgə təşkilatçılığı ilə Türkiyənin Amasya Universitetində "Qarabağdan
Amasiyaya Könül Körpüsü – Beynəlxalq Həmzə Nigari Simpoziumu” keçirilib.
Mayın
31-də simpoziumun açılış mərasimində Azərbaycan Türkləri Kültür, Sanat
və Dayanışma Dərnəyinin sədri Mütallip Ulutanrıverdi, həmin dərnəyin
fəxri üzvü Orhan Kayıhan, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai
Birliyinin sədri Fariz Xəlilli, Amasiya Universitetinin rektoru,
professor Metin Orbay, Giresun Universitetinin rektoru, professor Aygün
Attar çıxış ediblər. Həmzə Nigarinin ömür yolu və yaradıcılıq fəaliyyəti
haqqında mülahizələrini paylaşan natiqlər Qarabağ mövzusunu xüsusi
olaraq dilə gətiriblər və belə bir simpoziumun Qarabağda keçirilməsini
arzu ediblər. Onların sözlərinə görə Qarabağ ədəbi irsinin Amasiyada
Həmzə Nigari ilə davam etməsi türk dünyası tarixində böyük hadisədir,
araşdırılmağa hər zaman ehtiyac duyulur.
Simpoziumda çıxış
edən Azərbaycan Respublikasının millət vəkili Qənirə Paşayeva, Amasiya
XIX əsrdə Azərbaycanın müxtəlif bölgələrindən köç edən insanlara qucaq
açdığını deyib: "Amasiya bizim üçün qürur və fəxr bölgəsidir.” O öz
nitqində bu gün Həmzə Nigarini təkcə anmaq yox, gənclərə lazımi şəkildə
anlatmaq, onun zəngin elmi-nəzəri irsinə sahiblənmə duyğularının
aşılanmasının vacibliyinndən danışıb, Nigarinin qazi kimi qazi, elm
adamı kimi elm adamı, könül adamı kimi könül adamı olduğunu xüsusi
vurğulayıb.
MİRASın mətbuat xidmətinin rəhbəri Toğrul
Muxtarovun sözlərinə görə, simpoziumun açılış mərasimində İstanbul
Universitetinin professoru, tanınmış təbib İbrahim Yıldırım və Qafqaz
Universitetinin Qafqaz Araşdırmaları İnstitutunun direktoru Mehmet
Rıhtım Həmzə Nigarinin ömür yolu və ədəbi yaradıcılığı ilə bağlı
tədqiqatlardan və bu sahədə qarşıda duran vəzifələrə aid geniş
məruzələri dinlənilib. Onlar Həmzə Nigari irsinin qorunması və təbliği
məqsədilə həm Amasiyada, həm də Azərbaycanda muzey və mərkəzlər
yaradılması zamanının yetişdiyini dilə gətiriblər.
İyunun
1-də simpozium iki bölmədə öz işini davam etdirib. Bölmə iclaslarında
Azərbaycan və Türkiyədən olan 50-dən çox ədəbiyyatşünas, dilçi,
mənbəşünas, tarixçi, folklorşünas, memar, filosof alimlərin və digər elm
adamlarının Şərq fəlsəfəsi, Həmzə Nigarinin dövrü, həyatı, poetikası,
müəllimləri, ədəbi irsində Qarabağ ruhu, divan ədəbiyyatı, siyasi və
mədəni həyatın səhifələri, dil və ədəbi özəlliklər, dil və üslub
xususiyyətləri, XIX əsr İslam bölgəsinə təsir, şeiriyyətin seyri və
mənəvi-mədəni tarixin təsviri mövzuları ətrafında məruzələri
dinlənilmişdir. Simpozium zamanı Həmzə Nigarinin divanından
səsləndirilən parçalar dinləyicilərin ruhunu oxşamış, onlara Qarabağ
acısını canlı şəkildə bir daha yaşadıb.
MİRAS İctimai Birliyi adından tədbirin fəxri qonaqlarına xüsusi hədiyyələr təqdim olunub.
Azərbaycanın
xalq musiqiçiləri və rəqqasları simpozium iştirakçıları qarşısında və
Amasiya şəhərinin Şahzadələr meydanında maraqlı proqramla çıxış
ediblər.
Simpozium iştirakçıları Amasiya şəhərinin tarixi və
görməli yerləri ilə, o cümlədən Həmzə Nigari və İsmayıl Şirvaninin
türbələrini ziyarət ediblər.
Amasiya valisi Abdil Celil Öz və Amasiya Universitetinin rektoru Metin Orbay Azərbaycan nümayəndə heyətini qəbul edib.
Simpozium
çərçivəsində keçirilən tədbirlər Türkiyə mediasında geniş
işıqlandırılmış, açılış mərasimi isə TRT AVAZ kanalı ilə canlı
yayımlanıb
Tural QABİLOĞLU
http://www.movqe.az/v5/2490/Amasyada_beyn%C9%99lxalq_simpozium_ke%C3%A7irilib%3Cfont_color=red%3E_-_FOTOLENT%3C/font%3E/