135 ölkənin türkcə çağı

May ayının 30-dan Türkiyədə X Beynəlxalq Türk Dili Olimpiadası öz işinə başlayıb. “İnsanlıq əl-ələ” devizi ilə keçirilən olimpiadada ayrı-ayrı dinləri, millətləri, irqləri təmsil edən şagirdlər türkcə söylədikləri şeir və oxuduqları mahnılarla öz duyğularını dünyaya bəyan edir, türk dilinin sevgi, barış dili olduğunu bir daha Yer kürəsinə çatdırırlar.
 Olimpiada ilə bağlı tədbirlər İstanbul, Ankara şəhərləri ilə yanaşı, Türkiyənin 67 şəhərində də keçirilir. Bağlanış mərasimi isə iyunun 14-də İstanbuldakı “Türk Telekom Arena” stadionunda təşkil ediləcək. Məlumat üçün bildirək ki, X Beynəlxalq Türk Dili Olimpiadasında 135 ölkənin nümayəndələri iştirak edirlər. Halbuki 2003-cü ildə, daha doğrusu, olimpiadanın ilk ilində onların sayı 17 idi.  X Beynəlxalq Türk Dili Olimpiadasında ölkəmizi  65 məktəbli təmsil edir. Yeri gəlmişkən, qeyd edək ki, bu göstəriciyə görə, ölkəmiz olimpiada iştirakçısı olan ölkələr arasında ön cərgədədir. Ümumiyyətlə, Azərbaycan məktəbliləri bu beynəlxalq yarışmalarda həmişə öz fəallıqları ilə fərqlənib, müxtəlif nominasiyalar üzrə olimpiadanın medallarına sahib olublar. 
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43778

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde