135 ölkədən 1550 şagirdin iştirak etdiyi tədbirin açılışı olub


10-cu Beynəlxalq Türkcə Olimpiadaları başladı


10-u Beynəlxalq Türkcə Olimpiadaları başladı

135 ölkədən 1550 şagirdin iştirak etdiyi 10-cu Türkcə Olimpiadaları dünən İstanbulda keçirilən möhtəşəm şölənlə başlayıb.
Dilləri, dinləri, rəngləri və mədəniyyətləri bir-birindən fərqli olsa da türkcə danışan, oxuyan minlərlə uşaq Türkcə Olimpiadalarında bir araya gəlib.
Şagirdlərdən ibarət xor əvvəlcə olimpiadanın bu ilki şüarı olan "İnsanlıq əl-ələ, bayram o bayram olar" mahnısını ifadə edib.
Azərbaycanlı Səma Sultanovanın səsləndirdiyi "Əziz İstanbul" şeiri böyük rəğbətlə dinlənilib.
İndoneziyalı şagirdin ifa etdiyi "Ötmə bülbül" mahnısı isə salonu coşdurub.
Tədbirdə xalq rəqsləri də böyük alqış alıb.
Təhsil naziri Ömər Dinçər türkcənin yayılması üçün ciddi səylər göstərdiklərini söyləyib.
Olimpiada üçün Türkiyəyə gələn şagirdlər İstanbul və Ankara başda olmaqda 41 vilayətdə müxtəlif kateqoriyalarda türkcə biliklərini nümayiş etdirəcəklər. İyunun 14-də isə Türk Telekom Arenada möhtəşəm qapanış törəni olacaq. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır