VII Ümumrespublika Olimpiadasının finalına vəsiqə qazanan universitetlərin adı açıqlanıb

Atif Eyvazov/AZADİNFORM. Təhsil,  Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Heydər Əliyev Fondu  və  AMEA İnformasiya Texnologiyaları İnstitutunun  birgə təşkilatçılığı ilə 17 may Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında İnformatika üzrə VII Ümumrespublika Olimpiadası”nın ikinci mərhələsinə vəsiqə qazanan universitetlərin adı açıqlanıb. Qafqaz Universitetindən “Azadinform”a verilən məlumata görə, olimpiadanın ilk mərhələsi aprelin 15-i keçirilib.
İlk mərhələyə respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda (hər komandada 3 nəfər) iştirak edib. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilən ikinci (final) mərhələsinə isə 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb.
Məlumatda final mərhələsində iştirak edən və vəsiqə qazanan universitetlərin adı məlum olub. Qafqaz Universitetinin 10 komandasından 7-si, Azərbaycan Dövlət Neft Akademiyasının 8 komandasından  1-i, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının 5 komandasından 1-i, Bakı Dövlət Universitetinin 5 komandasından 3-ü final mərhələsinə vəsiqə qazanıb.
Gəncə Dövlət Universitetinin 4, Azərbaycan Texniki Universitetinin 3, Naxçıvan Dövlət Universitetinin 2, Sumqayıt Dövlət Universitetinin 1, Milli Aviasiya Akademiyasının 1, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının 1, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının 1, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının 1, Mingəçevir Politexnik İnstitutunun 1, Azərbaycan Müəllimlər İnstitutunun 1 və  Lənkəran Dövlət Universitetinin 1 komandası finala vəsiqə əldə edə bilməyib. 
Müsabiqədə I, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanıblar. Olimpiadada ilk 4 yerə layiq görülən komandalar qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
http://www.azadinform.az/news/a-20985.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır