Sonuncu kurs tələbələrinə “İş Dünyasına hazırlıq” seminarları keçirilir.

30 April, 2012,
Qafqaz Universiteti Karyera Planlama Mərkəzi (KPM) tərəfindən universitetin sonuncu kurs tələbələrinə “İş Dünyasına hazırlıq” seminarları keçirilir.
Yalnız Qafqaz Universiteti tələbələri üçün nəzərdə tutulan seminarlarda əmək bazarının tələbləri, vakansiyalar haqqında məlumat, iş üçün ilkin müraciət, CV hazırlama qaydaları, müsahibələrdə davranış qaydaları, müsahibələrdə qarşılaşacağımız əsas suallar, işə başladıqdan sonra davranış qaydaları, işlədiyin müəssisəyə və onun kollektivinə qarşı hörmət, işdən ayrılma əxlaqı və s. kimi məsələlər müzakirəli şəkildə təqdim edilir. 3 saat davam edən seminar mövzu ilə bağlı kiçik həcmli videolar, lətifələr və yaşanmış hadisələrlə daha da maraqlı hala gətirilir.
Xatırladaq ki, KPM-nin mütəxəssisləri tərəfindən təqdim edilən seminarlar 30 may 2012-ci il tarixinə kimi davam edəcəkdir. Bu müddət ərzində universitetin sonuncu kursda oxuyan bütün tələbələri “İş Dünyasına hazırlıq” seminarlarında iştirak etməsinin təmin edilməsi nəzərdə tutulmuşdur.
Dos. İsa Qasımov

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır