Qafqaz Universiteti qızıl kateqoriyada mükafata layiq görülmüşdür

03 May, 2012, Qafqaz Universiteti 29-30 aprel tarixlərində Almaniyanın Frankfurt şəhərində keçirilmiş Keyfiyyət üzrə BID Beynəlxalq Konvensiyasında “International Arch of Europe” nominasiyası üzrə qızıl mükafata layiq görülmüşdür. Konvensiyada universitetin biznes dünyası ilə qurduğu işgüzar münasibət və təhsil sektorunda göstərdiyi fəaliyyət “International Arch of Europe”-un əsasnaməsi və QC100 – Keyfiyyətin Ümumi İdarəedilməsi Modelinin meyarları əsasında yüksək qiymətləndirilmişdir. Mükafatlandırma mərasiminin təşkil olunduğu yığıncaqda 70-dən artıq ölkədən olan şirkətlərin rəhbərləri, o cümlədən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç iştirak etmişdir. Tədbir “İmarPress”-ə daxil olan 26 media şirkəti tərəfindən işıqlandırılmışdır.
BID təşkilatı davamlı olaraq keyfiyyət və idarəetmə sahəsində lider sayılan və seçilmiş şirkətlərə səs verən korporasiyalar arasında fasiləsiz sorğu həyata keçirir. Beynəlxalq BID mükafatları QC100 TQM (Keyfiyyətin Ümumi İdarəedilməsi) kriteriyaları əsasında təqdim edilir, hansıki bu meyarlar biznes sahibkarlarının və şirkətlərin proses, servis və təşkilati sistemlərinin inkişaf etdirmə qaydaları kimi xarakterizə edilə bilər.  BID QC100 Keyfiyyətin Ümumi İdarəedilməsi modelinin uğurlu həyata keçirilməsi üçün əsas addımlar: təşkilat olaraq keyfiyyəti hədəf götürmək, müştəri məmnuniyyəti, təşkilati sistem səmərəliliyi, innovasiya, texnoloji yenilik, cəmiyyətdə liderlik, və s. kimi vurğulana bilər.
“Business Initiative Directions” (BID) iş dünyasında keyfiyyət baxımından yüksək göstəricilərə sahib olan şirkətləri mükafatlandıran nüfuzlu qeyri-hokumət təşkilatıdır və son 26 ildə müxtəlif nominasiyalar üzrə 117 ölkənin qabaqcıl şirkətlərini mükafatlandırmışdır. Bu şirkətlər ötən il müxtəlif vaxtlarda Paris, London, Madrid, Cenevrə, Frankfurt və Nyu-Yorkda “BID Ümumdünya Konqresi” adı altında bir araya gəlmişdir. Həmin görüşlərdə iştirak edənlər yeni mükafat veriləcək şirkətləri təklif etmişdirlər. Namizədlər 21 adda müxtəlif keyfiyyət göstəriciləri (idarəetmə, tədqiqat və inkişaf, innovasiya, davamlı təhsil və s.) əsasında incələnmişdir. Beynəlxalq Seçki Komitəsi bu göstəricilərdən azı 5-i üzrə yüksək dəyər qazanan namizədləri qalib elan etmişdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır