Qafqaz Universiteti bütün ali məktəbləri geridə qoydu – SİYAHI

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 may Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında İnformatika üzrə VII Ümumrespublika Olimpiadası” yekunlaşıb.
Modern.az-ın məlumatına görə, olimpiadanın ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda (hər komandada 3 nəfər) iştirak edib.

Olimpiadanın ikinci (final) mərhələsinə 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb.
Qafqaz Universiteti – 10 komanda  (7 komanda – final mərhələsinə vəsiqə qazanıb);
Azərbaycan Dövlət Neft Akademiyası – 8 komanda (1 komanda – final mərhələsinə vəsiqə qazanıb);
M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filial – 5 komanda (1 komanda – final mərhələsinə vəsiqə qazanıb);
Bakı Dövlət Universiteti – 5 komanda (3 komanda – final mərhələsinə vəsiqə qazanıb);
Gəncə Dövlət Universiteti – 4 komanda;
Azərbaycan Texniki Universiteti – 3 komanda;
Naxçıvan Dövlət Universiteti – 2 komanda;
Sumqayıt Dövlət Universiteti – 1 komanda;
Milli Aviasiya Akademiyası – 1 komanda;
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı – 1 komanda;
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı – 1 komanda;
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı – 1 komanda;
Mingəçevir Politexnik İnstitutu – 1 komanda;
Azərbaycan Müəllimlər İnstitutu – 1 komanda;
Lənkəran Dövlət Universiteti – 1 komanda.
Olimpiadanın final mərhələsi 29 aprel 2012-ci il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.
Müsabiqədə I, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanıb.
Ümumi nəticələr:

1 Qafqaz Programmers Qafqaz Universiteti
2 Norbet Bakı Dövlət Universiteti
3 Baku Qafqaz U 3 Qafqaz Universiteti
4 Baku Qafqaz U 7 Qafqaz Universiteti
5 Baku Qafqaz U 4 Qafqaz Universiteti
6 Qafqaz Şahinləri Qafqaz Universiteti
7 Baku Qafqaz U 9 Qafqaz Universiteti
8 3 Gb M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filial
9 Baku Qafqaz U 5 Qafqaz Universiteti
10 Baku SU 2 Bakı Dövlət Universiteti
11 Sirus 4 Azərbaycan Dövlət Neft Akademiyası
12 Baku SU 4 Bakı Dövlət Universiteti
Olimpiadada ilk 4 yerə layiq görülən komandalar “Azerfon” və “BestComp Group” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Modern.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF