Olimpiadanın qalibləri açıqlandı

Aprelin 29-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib.

RİTN-dən “Qafqazinfo”ya verilən məlumata görə, 7-ci dəfə keçirilən Olimpiadanın ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib. Nəticələrə görə, finala 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb.

İTİ-də təşkil olunmuş final mərhələsində Qafqaz Universitetinin “Qafqaz Programmers” komandası 1-ci yerə, Bakı Dövlət Universitetinin “Norbert” komandası 2-ci yerə, Qafqaz Universitetinin “Baku Qafqaz U4” və “Baku Qafqaz U7” komandaları isə müvafiq olaraq 3-cü və 4-cü yerə layiq görülüblər.

Qaliblər RİTN tərəfindən təşkil ediləcək 17 may – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə Olimpiadanın sponsorlarının (Azerfon və BestComp Group şirkətlərinin) təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Nigar Məmmədli

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır