Oğuz klubu üzvləri “Xüsusi təyinatlı” ilə görüşdü: VİDEO ÇARX


03 May, 2012,
Oğuz klubunun təşkilatçılığı ilə Sahib Şirinovun “Xüsusi Təyinatlı” kitabının təqdimatı və müzakirəsi keçirildi. Kitabın müzakirəsində əsərin qəhrəmanları xalqımızın mərd və mübariz qəhrəmanı “Azərbaycan Bayrağı” ordeni mükafatına layiq görülən İbad Hüeynov, onun döyüş yoldaşı Akif bəy və digərləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan universitetin tədris işləri üzrə prorektoru, professor Cihan Bulut qonaqları səmimiyyətlə salamlayaraq Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynovu gənclərə  örnək isim olaraq göstərdi.  Daha sonra İbad Hüseynovun döyüş yoldaşları və komandiri Məhəmməd Qədirovun dolğun və məlumatlandırıcı çıxışı dinlənildi. “Xüsusi Təyinatlı” kitabının müəllifi Sahib Şirinov tələbələrə belə universitetdə oxuduqlarına görə çox şanslı olduqlarını söylədi və gələcək həyatları haqqında dəyərli məsləhətlər verdi.
Qonaqların heyrətamiz çıxışları dinlənildikdən sonra tələbələr “Xüsusi təyinatlı” kitabının müzakirəsinə başladılar. Müzakirələrdə “Xüsusi təyinatlı”da göstərilən faktların tam gerçəkliyi əks etdirdiyi vurğulanaraq, şahidlərinin kitabda yer alan fikirlərinin, Azərbaycan Müdafiə Nazirliyinin Arxiv İdarəsindən əldə olunmuş rəsmi “Arayış”larda da öz əksini tapdığı göstərildi . İbad Hüseynova və kitabın müəllifinə qəhrəmanın keçdiyi döyüş yolu haqqında danışmaq, onun qürurverici həyatını incələmək üçün söz verildi. Tələbələrin verdiyi suallar maraqla dinlənildi, onların yüksək elmi potensialı kitabın müəllifini, eləcə də qəhrəmanımızı və onun silahdaşlarını heyrətləndirdi.  Mərasim Azərbaycan və Türkiyə Respublikalarının himnlərinin oxunmasıyla yekunlaşdı.
“Xüsusi təyinatlı”nın müəllifi Sahib Şirinov və “Xüsusi təyinatlı” İbad Hüseynov sonda hər kəsə, bütün təqdimat iştirakçılarına öz minnətdarlıqlarını bildirdilər.  

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır