Məktəblilər dulusçuluqla tanış oldular

Məlum olduğu kimi dulusçuluq Azərbaycanın ən qədim və məhşur sənətlərindən biridir. Bu sənət və bununla məşğul olan sənətkarlar barədə qədim ədəbiyyat və tarix kitablarında da məlumatlar verilir. Bu gün də Azərbaycan dulusçularının hazırladıqları  ən müxtəlif  saxsı qablar, məişət əşyaları dünyanın bir çox ölkələrinə yayılaraq istifadə olunur.
Belə bir olduqca maraqlı sənət sahəsi ilə yaxından tanışlıq üçün Kafkas İlköğretim okulunda şagirdlərə ətraflı məlumat verilib və dulusçuların iştirakı ilə müxtəlif əşyaların hazırlanması qaydası nümayiş etdirib. Şagirdlərin iştirakı ilə bir neçə saxsı əşyalar da hazırlanıb. Məktəblilər dulusçuluqla tanışlıq maraqlı olduğunu bildirərək bundan məmnun olduqlarını deyiblər. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır