Liseylərarası VII spartakiada keçirilib

“Sərhədçi” Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 89 illiyinə və Türkiyənin 19 may Gənclik və İdman bayramına həsr olunmuş Liseylərarası VII spartakiada keçirilib. Spartakiadada 11 özəl liseyin eləcə də Diyanet və Anadolu liseylərindən 240 şagirdin iştirak etdiyi yarışda məktəblilər idmanın güləş, futbol, tennis, şahmat və qaçış növü üzrə güclərini sınamışlar. 

Qələbə uğrunda mübarizə aparan liseylərin komandalarından tennis üzrə Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyi 1, Lənkəran Özəl Türk Liseyi 2, Şəki Azərbaycan-Türkiyə Özəl Liseyi 3, şahmat üzrə Sumqayıt Özəl Türk Liseyi 1, Lənkəran Özəl Türk Liseyi 2, Anadolu liseyi 3, 60 m. qaçış üzrə Sumqayıt Özəl Türk Liseyi 1, Bakı Özəl Türk Liseyi 2, “Dədə Qorqud” Özəl Türk Liseyi 3, 1500 m. qaçış üzrə Mingəçevir Özəl Türk Liseyi 1, Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyi 2, Lənkəran Özəl Türk Liseyi 3, güləş üzrə Bakı Özəl Türk Liseyi 1, Sumqayıt Özəl Türk Liseyi 2, Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyi və Şirvan Özəl Türk Liseyi 3, futbol üzrə “Dədə Qorqud” Özəl Türk Liseyi 1, Diyanet liseyi 2, Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyi 3, Sumqayıt Özəl Türk Liseyi 4-cü yerləri tutmuşlar.

İdmansevərlərə maraqlı və həyacan dolu anlar yaşadan məktəblilərin spartakiadasında “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəhbərləri Arif Gömleksiz, Mesut Kurnaz, Azərbaycan Basketbol Federasiyasının Baş Meneceri Levent Türknas, Azərbaycan Basketbol Milli komandasının baş məşqçisi Elxan Əliyev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov və bir qrup təhsil müəssisə rəhbərləri iştirak ediblər. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF