Liseydə hüquq gecəsi

Şirvan Özəl Türk Liseyi şagirdlərin tərbiyəsində hüquqi biliklərin təbliği, şagirdlərin hüquqpozmalar və onların nəticələri ilə bilgiləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu məqsədlə də məktəbdə tez-tez hüquq mühafizə orqanlarının rəhbərləri, nümayəndələri ilə görüşlər maarifləndirmə tədbirləri həyata keçirilir.
Bu günlərdə Şirvan Şəhər Prokuroru Həsən Hənfəyev  və  böyük köməkçisi Tural Qəhrəmanov Şirvan Özəl Türk  liseyində müəllim və şagirdlərlə görüşüblər. Görüş zamanı prokuror H. Hənfəyev və köməkçisi T. Qəhrəmanov görüş iştirakçıları ilə Azərbaycan gəncliyi və cinayətə aparan yollar barədə ətraflı söhbət açıblar. Gənclər eləcə də şagirdlər arasında hər hansı bir cinayət hadisəsinin baş verəməməsi üçün lazımi maarifləndirmə tədbirlərinin  keçirilməsinin zəruriliyindən, valideynlərin və müəllimlərin müəyyən məsuliyyət daşıdıqlarını  bildiriblər. Məktəblilərə dərslərini əla oxumalarını və ölkəmizə layiqli vətəndaş kimi böyümələrini arzulayiblar. Sonra qonaqlar şagirdləri maraqlandıran sualları cavablandırıblar.  

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır