İSİM ilin fəal qeyri-hökumət təşkilatı elan edildi



Deyerler.Org: Qafqaz Universiteti İqtisadi və Sosial İnkişaf Mərkəzini “İlin fəal qeyri-hökumət təşkilatı” nominasiyasına layiq görüb. Qeyd edək ki, seçimlər bir neçə nominasiya üzrə "QafqazUniversiteti ilin adamlarını seçir" layihəsi çərçivəsində aparılıb. Müsabiqə nəticəsində “İlin fəal qeyri-hökumət təşkilatı” nominasiyası ilə yanaşı, "İlin elm adamı" , "İlin şairi", "İlin iş adamı", "İlin ən bacarıqlı xaricdəki azərbaycanlı iş adamı" nominasiyalarının qalibləri də müəyyən edilib.

Qeyd edək ki, İSİM 2005-ci ildə xaricdə təhsil almış bir sıra aparıcı iqtisadçılar tərəfindən yaradılıb. Mərkəz müxtəlif dövlət, beynəlxalq və qeyri-dövlət təşkilatları ilə iqtisadi və sosial islahatların dəstəklənməsi istiqamətində proqramlar həyata keçirir. Fəaliyyətə başladığı qısa zaman çərçivəsində  mərkəz bir sıra beynəlxalq nominasiyalara layiq görülüb. Belə ki, ABŞ-ın tanınmış Harvard Universiteti İSİM-i rəsmi kataloquna daxil edib. Həmçinin ABŞ-ın məşhur Pensilvaniya Universitetinin hesabatında İSİM Qafqazın aparıcı beyin mərkəzi kimi qiymətləndirilərək, Mərkəzi və Şərqi Avropanın əsas təşkilatları siyahısında yer alıb. Belə ki, Azərbaycan vətəndaş cəmiyyətindən ilk dəfə beyin mərkəzinin adı dünyanın 50 aparıcı beyin mərkəzi siyahısına daxil edilib.
http://deyerler.org/124807-dsdm-ilin-fjal-qeyri-hgkumjt-tjekilatd-elan-edildi.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır