Grand Motors LLC-nin nümayəndələri Qafqaz Universitetinin qonağı oldular

04 May, 2012, Mehdi Xalıqovun rəhbərliyi ilə Grand Motors LLC-nin vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti Qafqaz Universitetinin qonağı oldular. Qonaqlar Universitetində iş dünyasının tələblərinə uyğun həyata keçirilən fəaliyyətlər haqqında geniş məlumat aldılar.  Müzakirələr zamanı Grand Motors LLC-nin kadr potensialının təmin olunması, eləcə də digər qarşıda duran bəzi məsələlər dəyərləndirildi. Gələcəkdə Qafqaz Universitetində Grand Motors LLC mütəxəssislərinin təqdimatında karyera günlərinin təşkili, tələbələrin istehsalat praktikasının daha səmərəli təşkili kimi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutuldu.
         Qonaqları qəbul edən Universitetin rektoru prof.Ahmet Saniç iş dünyası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirdi və nümayəndə heyətinə əməkdaşlıq etdikləri üçün təşəkkür etdi.
         Görüşün sonunda nümayəndə heyəti universitetin elmi-texniki potensialı ilə tanış oldular.
Dos. İsa Qasımov

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır