Azərenerji gənc və bacarıqlı mütəxəssislərə əhəmiyyət verir

04 May, 2012, Azərenerjinin nümayəndələri Qafqaz Universitetində tələbələrlə görüşdülər. Görüşdə Azərenerji İnvestisiyalar İdarəsinin Layihələrin təhlili və qiymətləndirilməsi şöbəsinin rəisi Famil Əliyev Azərenerjinin ümumi potensialı və dünyada mövcud olan enerji şirkətləri arasındakı yüksək mövqeyindən və sürətli inkişaf strategiyasında bəhs etdi. 
Təqdimatın ikinci hissəsində Azərenerjidə karyera imkanları haqqında məlumat verildi. Görüşdə Azərenerjinin səlahiyyətli nümayəndələri Rəşad Əliyev, Günay Ələkbərova və Fərrux Əliyevin də iştirakı ilə tələblərin verdiyi suallar cavablandırıldı
Qeyd edək ki, hazırda Azərenerji iri, inkişafda olan, sabit bir şirkətdir. Bu gün yeni iri miqyaslı layihələrdə peşəkarlarla yanaşı tələbələr, gənc mütəxəssislər də iştirak edir. Azərenerji gənc mütəxəssislər üçün yeni təcrübə, bacarıqlar qazanmaq, öz bilik və bacarıqlarını tətbiq etmək baxımından çox cəlbedicidir. 
Burada böyük iş təcrübəsinə malik yüksək peşəkarlıqlı mütəxəssislər arasında olmaq, ölkə miqyaslı layihələrdə iştirak etmək, karyera baxımından irəliləmək imkanları nəinki gənc mütəxəsisləri, hətta çox illik iş təcrübəsi olanları da şirkətə cəlb edir.
Dos. İsa Qasımov

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır