Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən nazir iki
ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi
istiqamətində qarşıda duran mühüm vəzifələrdən söz açıb. Təhsil naziri
müstəqil dövlətimizin memarı, ümummilli liderimiz Heydər Əliyevin
Azərbaycanla Türkiyə arasında təhsil və elmi əlaqələrin inkişafına daim
böyük önəm verdiyini, bu kursun ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Ölkələrimiz arasında təhsil sahəsində genişlənən əməkdaşlığın milli
maraqlarımız baxımından əhəmiyyətini diqqətə çatdıran Misir Mərdanov
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyət göstərən təhsil
müəssisələrinin, o cümlədən Qafqaz Universitetinin uğurları barədə
ətraflı məlumat verib. Təhsil naziri Qafqaz Universitetlər Birliyinin
ali məktəblərimiz arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə
qaldıracağına əminliyini ifadə edib, bu qurumun yaradılmasında əməyi
olanlara təşəkkürünü bildirib.
Ərdahan
Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri
Ramazan Qorxmaz 2009-cu ildə yaradılan, 24 universitetin təmsil olunduğu
qurumun qısa müddətdə keçdiyi inkişaf yolundan danışıb. Rektor bildirib
ki, Qafqaz Universitetlər Birliyinin əsas məqsədi müxtəlif ölkələrin
ali məktəbləri arasında birgə əməkdaşlığı genişləndirmək, gələcək
inkişaf perspektivlərini müəyyənləşdirmək, dünyanın qabaqcıl
universitetləri ilə əlaqələrin qurulması işinə təkan vermək, müəllim və
tələbə mübadiləsini dəstəkləməkdən ibarətdir.
Qafqaz
Universitetinin rektoru Sami Özcan qeyd edib ki, bu gün Azərbaycanın və
Türkiyənin inkişaf yolu bütün sahələrdə münasibətlərin daha da
dərinləşdirilməsini zərurətə çevirib. Universitetlərarası əlaqələrin
inkişafına diqqət çəkən qonaq bu baxımdan Qafqaz Universitetlər Birliyi
çərçivəsində əməkdaşlığın inkişafının əhəmiyyətindən söz açıb.
Misir Mərdanov Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq
münasibətlərinin inkişafı yolunda birgə elmi araşdırmaların əhəmiyyətinə
toxunub, tariximizin dolğun şəkildə gələcək nəsillərə çatdırılmasının
vacibliyini vurğulayıb. Bu işdə Qafqaz Universitetlər Birliyinin üzvü
olan tədris ocaqlarının üzərinə mühüm vəzifələrin düşdüyünü söyləyən
nazir birgə konfrans və simpoziumların keçirilməsinin zəruriliyini qeyd
edib. Qafqaz Universitetlər Birliyinin ali məktəblər arasındakı
əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini ifadə edən təhsil naziri
bu qurumun fəaliyyətinə hər cür dəstək veriləcəyini diqqətə çatdırıb.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=4997
0 yorum:
Yorum Gönder