Qafqaz Universiteti beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 universiteti arasında 64-cü yerdədir
2/9/2012 3:38:11 AM

Qafqaz Universiteti Beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerdə qərarlaşıb.
Qafqaz Universitetindən bildirlər ki, QS World University Ranking beynəlxalq universitetlər reytinqi dünyada çoxları üçün başlıca mənbələrdən sayılır. Onun reytinqinin nəticələrindən dünyada 30 milyondan çox istifadəçi faydalanmaqdadır.
QS-in rəsmi saytındakı 2011-ci il üzrə olan hesabatda müxtəlif indikatorlara görə universitetlərin beynəlxalq tələbə nisbətinə görə reytinqi açıqlanıb.
Şərqi Avropa və Orta Asiyada fəaliyyət göstərən universitetlərin akademik reytinqi hesabatında, Qafqaz Universitetinin adı xüsusi qeyd olunub.
Qeyd edək ki, Qafqaz Universiteti bu indikatora görə nəinki MDB məkanında, eyni zamanda Şərqi Avropa və Yaxın Şərqdə ilk universitetdir.
Qeyd edək ki, Qafqaz Universiteti bu indikatora görə nəinki MDB məkanında, eyni zamanda Şərqi Avropa və Yaxın Şərqdə ilk universitetdir.
0 yorum:
Yorum Gönder