XEBER24.AZ:Dünyada ilk 100-ə girən tək üniversitetimiz: Qafqaz Universiteti
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar

Qafqaz Universiteti QS 2011 World University Ranking sistemi Beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerdə qərar tutmuşdur.
QS World University Ranking sistemi İngiltərənin məşhur “Times” qəzetinin təhsil əlavəsi olaraq hər il beynəlxalq universitetlərin reytinqlərini hesablayan ən inkişaf etmiş və etibar görən mənbələrdən sayılır. Onun reytinqinin nəticələrindən dünyada 30 milyondan çox istifadəçi faydalanmaqdadır.
Bu günlərdə QS-in rəsmi saytındakı 2011-ci il üzrə olan hesabatda müxtəlif indiqatorlara görə universitetlərin beynəlxalq tələbə nisbətinə görə reytinqi hesablanıb. Şərqi Avropa və Orta Asiyada fəaliyyət göstərən universitetlərinin akademik reytinqi hesabatında, Qafqaz Universitetinin adı xüsusilə qeyd olunub.
Hesabatda qeyd olunur ki, Qafqaz Universiteti Beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universitetləri arasında 64-cü yerdə qərar tutur. Beynəlxalq tələbə indiqatatoru üniversitetin tələbələrinin ümumi sayi içərisində xarici tələbələrin nisbəti tələbə mübadilələri və bu universitet məzunlarının təhsillərinin magistratura və doktorantura pilləsinin coğrafiyasına görə hesablanır.
Qafqaz universitetində ondan artıq ölkəni təmsil edən tələbələrin təhsil alması və universitet məzunlarının əhəmiyyətli bir hissəsinin dünyanın 50 dən artıq ölkəsində magistratura və doktorantura pilləsində təhsil alması Qafqaz Universitetini bu siyahida dünyanın məşhur və tarixi universitetlərini keçərək Azərbaycanın adını daha da yüksəltmişdir.
Sevindirici haldır ki,Qafqaz Universiteti bu indiqatora görə nəinki Post -Sovet məkanının, eyni zamanda Şərqi Avropa və Yaxın Şərqin ilk universitetidir. Beynəlxalq tələbə indiqatoruna görə Qafqaz Universiteti 90.9 xalla 64. yerlə ABŞ, İngiltərə, Kanada və bir sıra Avropa ölkələrilə yanaşı, Azərbaycanın adını dünyanın bu siyahıda yer alan 14. ölkəsi olaraq yazdırmışdır.
Cədvələ nəzər yetirirsək 64.yerdə qərara tutan universitet bu indiqator üzrə Harvard Universitetini (88) Kolumbıya və Boston, Ingiltərənin Notingam, Mançester və Lester universitetini arxada qoymuşdur.
Bu sıralamada yer alan 100 universiteti əhatə edən ölkələr coğrafiyasında Şərqi Avropa və Asiya qitəsini sadəcə iki ölkə Sinqapur və Azərbaycan təmsil etmişdir.