TREND.AZ : Azərbaycanın ali məktəbi dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerdə qərar tutub
Qafqaz Universiteti dünyanın ən yaxşı universitetlərinin "100"-lüyünə düşüb.
Trend-in
məlumatına görə, Qafqaz Universiteti QS 2011 World University Ranking
sistemi Beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı
universiteti arasında 64-cü yerdə qərar tutub.
Qafqaz
Universiteti bu indiqatora görə nəinki postsovet məkanının, eyni
zamanda Şərqi Avropa və Yaxın Şərqin ilk universitetidir. Beynəlxalq
tələbə indiqatoruna görə, Qafqaz Universiteti 90.9 xalla 64-cü yerlə
ABŞ, İngiltərə, Kanada və bir sıra Avropa ölkələri ilə yanaşı,
Azərbaycanın da adını dünyanın 14 ölkəsinin yer aldığı bu siyahıya
salıb.
100
universiteti əhatə edən ölkələr coğrafiyasında Şərqi Avropa və Asiya
qitəsini sadəcə iki ölkə - Sinqapur və Azərbaycan təmsil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
