Rəhbər dövlət qulluqçuları üçün İKT və elektron hökumətlə bağlı seminar keçirilib


Prezident Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) Qafqaz Universitetində “Rəhbər dövlət qulluqçuları üçün əsas İKT bilikləri Akademiyası” mövzusunda seminar keçirib.
DQMK-nın mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, ikigünlük tədbir universitetində BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Koreya Respublikasında yerləşən Asiya və Sakit Okean Hövzəsi üzrə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Təlim Mərkəzinin (APCICT) dəstəyi ilə baş tutub.

Seminarın məqsədi “elektron hökumət” və informasiya kommunikasiyaları texnologiyalarının (İKT) dövlət qulluğu sistemində tətbiqinin təkmilləşdirilməsi sahəsində rəhbər vəzifə tutan dövlət qulluqçularının bilik və bacarıqlarının artırılmasından və onların təlimçi kimi təmsil etdikləri dövlət orqanlarında bu sahədə təlim keçirmələrinə hazırlanmaqdır.

Seminarda giriş sözü ilə Qafqaz Universitetinin rektoru Dr.Ahmet Sanıç, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, BMT-nin Azərbaycan üzrə təmsilçisi Fikrət Akçura, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Təhsil Nazirinin müavini Qulu Novruzov, BMT-nin Koreya Respublikasında yerləşən Asiya və Sakit Okean Hövzəsi üzrə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Təlim Mərkəzinin (APCICT) direktoru Hyeun-Suk Ri çıxış ediblər.
APCİCT-nin fəaliyyəti barədə videoçarx nümayiş etdiriləndən sonra seminar iştirakçılarına akademiyanın 10 təlim modulu barədə qısa məlumat verilib.

Modullarla qısa tanışlıqdan sonra Hindistanın İnzibati Heyət Kollecinin İnsan inkişafı üzrə Mərkəzinin sabiq direktoru Dr.Uşa Reddi 2 gün ərzində 1-ci və 2-ci modullar (“İKT və hərtərfli inkişaf arasında əlaqə” və “İnkişaf siyasəti və idarəetmə üçün İKT”) üzrə təlim sessiyası keçirib.

Rüfət Əhmədzadə
Gün.Az


Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde