Qafqaz Universitetinin təşkilatçılığı ilə seminar keçiriləcək

16:54 / 02.02.2012
Fevralın 6-10-dək Qafqaz Universitetində, Qafqaz Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası, İnformasiya və Kommunikasiya Texnologiyasının İnkişafı üzrə BMT-nin Asiya və Sakit Okean Təlim Mərkəzi (UN-APCICT), BMT-nin İnkişaf Programının (UNDP) birgə təşkil etdiyi “Rəhbər Dovlət Qulluqçuları üçün Əsas İKT bilikləri Akademiyası” lahiyəsi çərçivəsində “İnformasiya texnologiyalari və Hərtərəfli İnkisaf” və “Gənclərin İKT Biliklərinin İnkişaf Etdirilməsi Dərsliyi”nin rəsmi açılışı və Tədrisçilərin Tədrisi Proqramı” mövzusunda seminar təşkil ediləcək. Tədbirin birinci günündə UN-APCİCT və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birgə təşkil edəcəyi, Azərbaycanda ilk dəfə olaraq tədris ediləcək olan və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş modul 1 və 2-nin tətbiqi haqqında məlumat veriləcək. Eyni zamanda, digər modullar haqqında da məruzələr olacaq. Tədbirdə UN-APCİCT və Qafqaz Universiteti ilə birgə təşkil edəcəyi və universitet tələbələri üçün nəzərdə tutulmuş “Bu günün Tələbələri Sabahın Liderləri” istiqamətli programda haqqında da məlumat veriləcək.
Qeyd edək ki, 2011-ci il oktyabr ayından başlayaraq UN-APCİCT modulların sayını artırmaq və eyni zamanda hədəf auditoriyasını genişləndirərək artıq universitet tələbələri üçün İKT-nin inkişafı mövzusunun tətbiqi lahiyəsinə başlanılıb. Qafqaz Universiteti bu lahiyənin ilk dəfə Azərbaycanda tətbiq edilməsi və pilot universitet kimi lahiyəni davam etdirməyi təklif edib. Mart ayından başlayaraq Qafqaz Universiteti digər universitet tələbələrinin iştirakı ilə “İKT-nin müxtəlif sahələrdə tətbiqi və lahiyələrin idarə edilməsi” mövzusunda seminarlar silsiləsi təşkil edəcək.
S.QARAYEVA

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır