Qafqaz Universitetinin dəstəyi ilə “Rəhbər dövlət qulluqçuları üçün əsas İKT bilikləri Akademiyası” mövzusunda seminar keçiriliyor.
Seminar öz işini fevralın 10-da bitirecek.
Bu
gün Qafqaz Universitetində Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya , BMT-nin
İnkişaf Proqramı (UNDP), BMT-nin Koreya Respublikasında yerləşən
Asiya və Sakit Okean Hövzəsi üzrə İnformasiya və Kommunikasiya
Texnologiyaları üzrə Təlim Mərkəzinin (APCİCT) və Qafqaz
Universitetinin dəstəyi ilə “Rəhbər dövlət qulluqçuları üçün
əsas İKT bilikləri Akademiyası” mövzusunda seminar keçirildi.
Seminarda çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç
bildirdi ki, bu konfransın keçirilməsində əsas məqsəd elektron
hökumət və İKT –nin dövlət qulluğu sistemində tətbiqinin
təkmilləşdirilməsi sahəsində rəhbər vəzifə tutan dövlət
qulluqçularının bilik və bacarıqlarının artırılmasından və
onların təlimçi kimi təmsil etdikləri dövlət orqanlarında bu
sahədə təlim keçirmələrinə hazırlanmalarından ibarətdir. Onun
sözlərinə görə, 2011-ci ilin oktyabr ayından başlayaraq UN-APCİCT
modulların sayını artırmaq və eyni zamanda hədəf auditoriyasını
genişləndirərək artıq universitet tələbələri üçün İKT-nin inkişafı
mövzusunun tətbiqi lahiyəsinə başlamışdır. Məhz Qafqaz Universiteti bu
lahiyənin ilk dəfə Azərbaycanda tətbiq edilməsi və pilot universitet
kimi lahiyəni davam etdirməyi təklif etmişdir. BMT-nin Koreya
Respublikasında yerləşən Asiya və Sakit Okean Hövzəsi üzrə
İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Təlim
Mərkəzinin (APCİCT ) direktoru xanım Hyeun –Suk Ri isə çıxış
edərək bildirdi ki, APCICT 2006-cı il 16 iyul tarixdə BMT-nin Asiya və
Sakit Okean Ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP)
regional təşkilatı kimi yaradılmışdır. Təşkilat İKT-dən istifadə etmək
yolu ilə həm cəmiyyətlərin inkişafına kömək etmək, həm də Minilliyin
İnkişaf Məqsədərinə çatmaq üçün yaradılmışdır. Buna UN-APCICT treninqlər
vasitəsi ilə nail olur. Təlimlər həm üz-üzə, həm də onlayn üsulları
ilə aparılır. İndiyə kimi keçirilən təlimlərə 120 ölkədən 11900 nəfər
cəlb olunmuşdur. UN-APCICT-nin əsas proqramı hesab edilən “Dövlət
məmurları üçün İKT-nin əsasları üzrə Akademiya”-nın təlimləri 10 təlim
modulu üzrə təşkil edilir. Seminarda Azərbaycan Respublikasının
Təhsil Nazirinin müavini Qulu Novruzov İKT-nin tətbiqi ilə bağlı
ölkəmizdə görülən işlərdən və islahatlardan danışaraq bu gün
keçirilən bu tədbirin əhəmiyyətli olduğunu xüsusi vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov çıxışında qeyd
etdi ki, elektron hökumət və İKT-nin dövlət qulluğu sistemində
tətbiqinin təkmilləşdirilməsi sahəsində rəhbər vəzifə tutan
dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması və
onların təlimçi kimi təmsil etdikləri dövlət orqanlarında bu
sahədə təlim keçirmələrinə hazırlanmaları çox vacibdir. Elə bu
məqsədlə də Komissiyanın bacarıqlı işçiləri gələcəkdə APCICT
mərkəzinə göndəriləcək ki, onlar da orada keçdikləri təlimləri
Azərbaycanda da rəhbər dövlət qulluqçuları üçün tətbiq etsinlər.
Bu
gün başlanan seminarda “əhəmiyyətli inkişaf və İKT-nin tətbiqi
arasında bağlılıq “ və “idarəetmə və inkişaf siyasəti üçün İKT”
modullarla bağlı məruzələr dinlənildi və ətraflı müzakirə
olundu.
Qeyd edək ki, seminar öz işini fevralın 10-da bitirəcək.