Qafqaz Universitetində İKT bilikləri Akademiyası işə başlayıb

06.02.2012 [14:22]
“Rəhbər dövlət qulluqçuları üçün əsas İKT bilikləri Akademiyası” mövzusunda seminar keçirilir
Qafqaz Universitetində “Rəhbər dövlət qulluqçuları üçün əsas informasiya-kommunikasiya texnologiyaları (İKT) bilikləri Akademiyası” mövzusunda seminar keçirilir.
Bakı, 6 fevral (AzərTAc). Qafqaz Universitetində “Rəhbər dövlət qulluqçuları üçün əsas informasiya-kommunikasiya texnologiyaları (İKT) bilikləri Akademiyası” mövzusunda seminar keçirilir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Koreya Respublikasında yerləşən Asiya və Sakit Okean Hövzəsi üzrə İKT Təlim Mərkəzi (APCICT) və Qafqaz Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə müvafiq qurumların nümayəndələri, təhsil işçiləri iştirak edirlər.
Seminarın məqsədi e-hökumət və İKT-nin dövlət qulluğu sistemində tətbiqinin təkmilləşdirilməsi sahəsində rəhbər vəzifə tutan dövlət qulluqçularının bilik və bacarıqlarının artırılmasından və onların təlimçi kimi təmsil etdikləri dövlət orqanlarında müvafiq sahədə təlim keçirmələrinə hazırlanmalarından ibarətdir.
Açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının mühüm rolundan danışmış, mövzunun aktuallığını vurğulamışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Azərbaycan Prezidenti İlham Əliyevin informasiya-kommunikasiya texnologiyalarının inkişafına daim böyük önəm verdiyini bildirmişdir.
E-hökumətin tətbiqinin əhəmiyyətini qeyd edən B.Xəlilov İKT biliklərinin inkişafında dünya təcrübəsindən bəhrələnməyin vacibliyini diqqətə çatdırmışdır.
Təhsil nazirinin müavini Qulu Novruzov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, BMT-nin Koreya Respublikasında yerləşən Asiya və Sakit Okean Hövzəsi üzrə İKT Təlim Mərkəzinin (APCICT) direktoru xanım Hyeun–Suk Ri dövlət qulluqçularının İKT bilik və bacarıqlarının təkmilləşdirilməsinin əhəmiyyətindən bəhs etmiş, seminarın iştirakçılarına uğurlar arzulamışlar.
Sonra APCICT –nin fəaliyyəti barədə videoçarx nümayiş etdirilmiş, qeyd edilən akademiyanın “İKT və hərtərəfli inkişaf arasında əlaqə”, “E-hökumətin tətbiqi”, “Rəhbər vəzifə tutan dövlət qulluqçuları üçün İKT inkişaf tendensiyaları” və digər mövzularda modullar barədə məlumat verilmişdir.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde