QAFQAZİNFO:Qafqaz Universiteti dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü olub
09.02.2012 | 12:56
QS World University Ranking-in 2011-ci il üzrə hesabatında universitetlərin beynəlxalq tələbə nisbətinə görə reytinqi hesablanıb. Şərqi Avropa və Orta Asiyada fəaliyyət göstərən universitetlərinin akademik reytinqi hesabatında, Qafqaz Universitetinin adı xüsusilə qeyd olunub.
QS World University Ranking-in 2011-ci il üzrə hesabatında universitetlərin beynəlxalq tələbə nisbətinə görə reytinqi hesablanıb. Şərqi Avropa və Orta Asiyada fəaliyyət göstərən universitetlərinin akademik reytinqi hesabatında, Qafqaz Universitetinin adı xüsusilə qeyd olunub.
Hesabatda göstərilib ki, Qafqaz Universiteti
Beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı
universitetləri arasında 64-cü yerdə qərar tutur. Beynəlxalq tələbə
indiqatoru universitetin tələbələrinin ümumi sayı içərisində xarici
tələbələrin nisbəti, tələbə mübadilələri və bu universitet məzunlarının
təhsillərinin magistratura və doktorantura pilləsinin coğrafiyasına görə
hesablanır.
Qafqaz Universitetində ondan artıq ölkəni təmsil edən
tələbələrin təhsil alması və məzunların əhəmiyyətli bir hissəsinin
dünyanın 50 dən artıq ölkəsində magistratura və doktorantura pilləsində
təhsil alması Universiteti bu siyahıda dünyanın məşhur və tarixi
universitetlərini qabaqlamasına səbəb olub.
Qafqaz Universiteti bu
indiqatora görə nəinki keçmiş SSRİ məkanının, eyni zamanda Şərqi Avropa
və Yaxın Şərqin ilk universitetidir. Beynəlxalq tələbə indiqatoruna görə
Qafqaz Universiteti 90.9 xalla 64. yerlə ABŞ, İngiltərə, Kanada və bir
sıra Avropa ölkələrilə yanaşı, Azərbaycanın adını dünyanın bu siyahıda
yer alan 14 ölkəsi olaraq yazdırıb. Bu sıralamada yer alan 100
universiteti əhatə edən ölkələr coğrafiyasında Şərqi Avropa və Asiya
qitəsini sadəcə iki ölkə Sinqapur və Azərbaycan təmsil edib.
Nigar Məmmədli
Nigar Məmmədli
