Qafqaz Universiteti Beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerdə qərar tutur.
QS World
University Ranking beynəlxalq universitetlər reytinqi dünyada çoxları
üçün başlıca mənbələrdən sayılır. Onun reytinqinin nəticələrindən
dünyada 30 milyondan çox istifadəçi faydalanmaqdadır.
Bu
günlərdə QS-in rəsmi saytındakı 2011-ci il üzrə olan hesabatda müxtəlif
indiqatorlara görə universitetlərin beynəlxalq tələbə nisbətinə görə
reytinq hesablanıb. Şərqi Avropa və Orta Asiyada fəaliyyət göstərən universitetlərinin akademik reytinqi hesabatında Qafqaz
Universitetinin adı xüsusilə qeyd olunub. Hesabatda qeyd olunur ki
Qafqaz Universiteti Beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən
yaxşı universitetləri arasında 64-cü yerdə qərar tutur.
Sevindirici
haldır ki Qafqaz Universiteti bu indiqatora görə nəinki Post -Sovet
məkanının eyni zamanda Şərqi Avropa və Yaxın Şərqin ilk universitetidir.
Beynəlxalq tələbə indiqatoruna görə Qafqaz Universiteti 90.9 xalla 64.
yerlə ABŞ, İngiltərə, Kanada və birsıra Avropa ölkələrilə yanaşı
Azərbaycanın adını dünyanın bu siyahıda yer alan 14. ölkəsi olaraq
yazdırmışdır.
Qəyd ədək ki bu statistika və məlumatlar aşağıdaki linklərdən görülə bilər:
http://www.topuniversities.com/world-university-rankings/eastern-europe-and-central-asia-2011-qs-wor
