MUSAVAT.COM:QAFQAZ UNİVERSİTETİ 100 ƏN YAXŞI UNİVERSİTET İÇİNDƏ 64-cü OLDU
Qafqaz Universiteti QS World University Ranking
beynəlxalq tələbə indikatoruna görə 2011-ci ildə dünyanın 100 ən yaxşı
universiteti arasında 64-cü yerdə qərar tutub. Təhsil ocağından “Media
forum” saytına verilən məlumata görə, QS World University Ranking
sistemi İngiltərənin “Tayms” qəzetinin təhsil əlavəsi olaraq hər il
beynəlxalq universitetlərin reytinqlərini hesablayan etibarlı
mənbələrdən sayılır.
Şərqi Avropa və
Orta Asiyada fəaliyyət göstərən universitetlərin akademik reytinqi
hesabatında Qafqaz Universitetinin adı xüsusi qeyd olunub: “Hesabatda
deyilir ki, Qafqaz Universiteti beynəlxalq tələbə indikatoruna görə
dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerdədir. Beynəlxalq
tələbə indikatatoru üniversitet tələbələrinin ümumi sayı içərisində
xarici tələbələrin nisbəti, tələbə mübadilələri və məzunların
təhsillərinin magistratura və doktorantura pilləsinin coğrafiyasına görə
hesablanır.
Qafqaz Universitetində 10-dan artıq ölkəni təmsil edən tələbələrin təhsil alması və universitet məzunlarının əhəmiyyətli bir hissəsinin dünyanın 50-dən artıq ölkəsində magistratura və doktorantura pilləsində təhsil alması Qafqaz Universitetini siyahıda yüksəldib. Bu uğur Azərbaycanın adının siyahıda 14-cü pillədə göstərilməsinə səbəb olub”.