MEDİAFORUM.AZ: QAFQAZ UNİVERSİTETİ 100 ƏN YAXŞI UNİVERSİTET İÇİNDƏ 64-cü OLDU



Qafqaz Universiteti QS World University Ranking beynəlxalq tələbə indikatoruna görə 2011-ci ildə dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerdə qərar tutub. 

Təhsil ocağından “Media forum” saytına verilən məlumata görə, QS World University Ranking sistemi İngiltərənin “Tayms” qəzetinin təhsil əlavəsi olaraq hər il beynəlxalq universitetlərin reytinqlərini hesablayan etibarlı mənbələrdən sayılır. 
Şərqi Avropa və Orta Asiyada fəaliyyət göstərən universitetlərin akademik reytinqi hesabatında Qafqaz Universitetinin adı xüsusi qeyd olunub: “Hesabatda deyilir ki, Qafqaz Universiteti beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerdədir. Beynəlxalq tələbə indikatatoru üniversitet tələbələrinin ümumi sayı içərisində xarici tələbələrin nisbəti, tələbə mübadilələri və məzunların təhsillərinin magistratura və doktorantura pilləsinin coğrafiyasına görə hesablanır.
Qafqaz Universitetində 10-dan artıq ölkəni təmsil edən tələbələrin təhsil alması və universitet məzunlarının əhəmiyyətli bir hissəsinin dünyanın 50-dən artıq ölkəsində magistratura və doktorantura pilləsində təhsil alması Qafqaz Universitetini siyahıda yüksəldib. Bu uğur Azərbaycanın adının siyahıda 14-cü pillədə göstərilməsinə səbəb olub”.


"Media forum"

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde