Qafqaz Tələbələrinin Petkim Petrokimya Holding A.Ş.'də təcrübələri uğurla davam edir


“Azərkimya” İstehsalat Birliyinin dəstəyi ilə, Qafqaz Universitetinin “Kimya Mühəndisliyi” və “Sənayenin təşkili və idarə olunması” ixtisası üzrə təhsil alan bir qrup qabaqcıl tələbələrin  Türkiyə Respublikası, Petkim Petrokimya Holding A.Ş. `də istehsalat təcrübələri uğurla davam etməkdədir.
Təcrübə proqramının rəhbəri Qafqaz Universitetinin müəllimi Kadir Demirkıranın verdiyi məlumata əsasən, tələbələrimiz  ilk gün Petkim Petrokimya Holding A.Ş. `də istifadə olunan SAP (ERP) proqramı haqqında məlumat almış və satış prosesləri ilə tanış olmuşlar. Növbəti günlərdə isə MRP sistemləri, büdcə planlaması və istehsalat modellərinin həyata keçirlməsi prosesi ilə tanış olacaqları nəzərdə tutulmuşdur.
Vüsal Rzayev

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde