MİA.AZ: Qafqaz Universiteti 100 ən yaxşı universitetin 64-cüsü olub

QS
World University Ranking-in 2011-ci il üzrə hesabatında
universitetlərin beynəlxalq tələbə nisbətinə görə reytinqi hesablanıb.
Şərqi Avropa və Orta Asiyada fəaliyyət göstərən universitetlərinin
akademik reytinqi hesabatında, Qafqaz Universitetinin adı xüsusilə qeyd
olunub.
Hesabatda göstərilib ki, Qafqaz Universiteti Beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universitetləri arasında 64-cü yerdə qərar tutur. Beynəlxalq tələbə indiqatoru universitetin tələbələrinin ümumi sayı içərisində xarici tələbələrin nisbəti, tələbə mübadilələri və bu universitet məzunlarının təhsillərinin magistratura və doktorantura pilləsinin coğrafiyasına görə hesablanır.

Qafqaz
Universitetində ondan artıq ölkəni təmsil edən tələbələrin təhsil alması
və məzunların əhəmiyyətli bir hissəsinin dünyanın 50 dən artıq
ölkəsində magistratura və doktorantura pilləsində təhsil alması
Universiteti bu siyahıda dünyanın məşhur və tarixi universitetlərini
qabaqlamasına səbəb olub.
Qafqaz Universiteti bu indiqatora görə nəinki
keçmiş SSRİ məkanının, eyni zamanda Şərqi Avropa və Yaxın Şərqin ilk
universitetidir. Beynəlxalq tələbə indiqatoruna görə Qafqaz Universiteti
90.9 xalla 64. yerlə ABŞ, İngiltərə, Kanada və bir sıra Avropa
ölkələrilə yanaşı, Azərbaycanın adını dünyanın bu siyahıda yer alan 14
ölkəsi olaraq yazdırıb.
Bu sıralamada yer alan 100 universiteti əhatə
edən ölkələr coğrafiyasında Şərqi Avropa və Asiya qitəsini sadəcə iki
ölkə Sinqapur və Azərbaycan təmsil edib.