GUN.AZ: Qafqaz niversiteti ünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerə layiq görülüb


Qafqaz Universiteti (QU) beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerdə qərarlaşıb.
Qafqaz Universitetinin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, bu barədə dünyada çoxları üçün başlıca mənbələrdən sayılan “QS World University Ranking” beynəlxalq universitetlər reytinq sisteminin açıqlamasında qeyd olunub.

Onun reytinqinin nəticələrindən dünyada 30 milyondan çox istifadəçi faydalanmaqdadır.

QS-in rəsmi saytındakı 2011-ci il üzrə olan hesabatda müxtəlif indikatorlara görə universitetlərin beynəlxalq tələbə nisbətinə görə reytinqi açıqlanıb. Şərqi Avropa və Orta Asiyada fəaliyyət göstərən universitetlərin akademik reytinqi hesabatında, Qafqaz Universitetinin adı xüsusi qeyd olunub.

Qeyd edək ki, Qafqaz Universiteti bu indikatora görə nəinki MDB məkanında, eyni zamanda Şərqi Avropa və Yaxın Şərqdə ilk universitetdir.

Rüfət Əhmədzadə
Gün.Az

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde