Gənclik - sabaha gedən yol : 2 fevral Gənclər Günü
Bu
gün-2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Ümummilli
liderimiz Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1996-cı ildə Azərbaycan
Gənclərinin I Forumunun keçirilməsi və 1997-ci ildən bu günün əlamətdar
tarixə köçməsi Azərbaycan gənclərinə diqqət və qayğının ən bariz
nümunəsidir.
Qafqaz
Universiteti rəhbərliyi, pedoqoji kollektivi, Tələbə Gənclər Təşkilatı
və Mədəniyyət və İdman İdarəsi ölkənin inkişafı üçün təməl daşı olan
bütün Azərbaycan gəncliyini təbrik edir, onları hər mənada gözəl, güclü
görmək istəyir və bunun üçün əlindən gələni əsirgəmir. Yeni sabahlara
işıqlı yol olan gənclərimizə təhsildə və sosial-iqtisadi həyatda
uğurlar arzulayırıq.