Bu günlərdə QS-in rəsmi saytındakı 2011-ci il üzrə olan hesabatda müxtəlif indiqatorlara görə universitetlərin beynəlxalq tələbə nisbətinə görə reytinq hesablanıb
Qafqaz Universiteti Beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 universiteti arasında 64-cü yerdə
Oxunma : 10
Tarix : 08.02.2012 - 21:01:55
Kateqoriya : Təhsil
Xülasə : QS World University Ranking beynəlxalq universitetlər reytinqi dünyada çoxları üçün başlıca mənbələrdən sayılır. Onun reytinqinin nəticələrindən dünyada 30 milyondan çox istifadəçi faydalanmaqdadır.
Tarix : 08.02.2012 - 21:01:55
Kateqoriya : Təhsil
Xülasə : QS World University Ranking beynəlxalq universitetlər reytinqi dünyada çoxları üçün başlıca mənbələrdən sayılır. Onun reytinqinin nəticələrindən dünyada 30 milyondan çox istifadəçi faydalanmaqdadır.
Bu günlərdə QS-in rəsmi saytındakı 2011-ci il üzrə olan hesabatda müxtəlif indiqatorlara görə universitetlərin beynəlxalq tələbə nisbətinə görə reytinq hesablanıb. Şərqi Avropa və Orta Asiyada fəaliyyət göstərən universitetlərinin akademik reytinqi hesabatında Qafqaz Universitetinin adı xüsusilə qeyd olunub. Hesabatda qeyd olunur ki Qafqaz Universiteti Beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universitetləri arasında 64-cü yerdə qərar tutur.
Sevindirici haldır ki Qafqaz Universiteti bu indiqatora görə nəinki Post -Sovet məkanının eyni zamanda Şərqi Avropa və Yaxın Şərqin ilk universitetidir. Beynəlxalq tələbə indiqatoruna görə Qafqaz Universiteti 90.9 xalla 64. yerlə ABŞ, İngiltərə, Kanada və birsıra Avropa ölkələrilə yanaşı Azərbaycanın adını dünyanın bu siyahıda yer alan 14. ölkəsi olaraq yazdırmışdır.
Qəyd ədək ki bu statistika və məlumatlar aşağıdaki linklərdən görülə bilər:
http://www.topuniversities.com/university-rankings/world-university-rankings/2011/indicator-rankings/international-students?page=1
http://www.topuniversities.com/world-university-rankings/eastern-europe-and-central-asia-2011-qs-world-university-rankings
http://kurs.com.az/xeber/53#.TzKqzTZ6icg.facebook
