BİZİMXEBER.AZ:Qafqaz Universiteti 100 ən yaxşı universitet içində 64-cü oldu
Qafqaz
Universiteti QS World University Ranking beynəlxalq tələbə indikatoruna
görə 2011-ci ildə dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü
yerdə qərar tutub. Təhsil ocağından Bizimxeber.az-a verilən məlumata
görə, QS World University Ranking sistemi İngiltərənin “Tayms” qəzetinin
təhsil əlavəsi olaraq hər il beynəlxalq universitetlərin reytinqlərini
hesablayan etibarlı mənbələrdən sayılır. Şərqi Avropa və Orta Asiyada
fəaliyyət göstərən universitetlərin akademik reytinqi hesabatında Qafqaz
Universitetinin adı xüsusi qeyd olunub: “Hesabatda deyilir ki, Qafqaz
Universiteti beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı
universiteti arasında 64-cü yerdədir. Beynəlxalq tələbə indikatatoru
üniversitet tələbələrinin ümumi sayı içərisində xarici tələbələrin
nisbəti, tələbə mübadilələri və məzunların təhsillərinin magistratura və
doktorantura pilləsinin coğrafiyasına görə hesablanır.Qafqaz Universitetində 10-dan artıq ölkəni təmsil edən tələbələrin təhsil alması və universitet məzunlarının əhəmiyyətli bir hissəsinin dünyanın 50-dən artıq ölkəsində magistratura və doktorantura pilləsində təhsil alması Qafqaz Universitetini siyahıda yüksəldib. Bu uğur Azərbaycanın adının siyahıda 14-cü pillədə göstərilməsinə səbəb olub”.
Bizimxeber.az
http://bizimxeber.az/?p=5445