BAKÜHABER:Qafqaz Universiteti 64-cü yeri tutdu
Qafqaz Universiteti QS 2011 World University Ranking
sistemi Beynelxalq telebe indikatoruna göre dünyanın 100 en yaxşı
universiteti arasında 64-cü yerde qerar tutmuşdur
QS World University Ranking sistemi İngiltərənin məşhur “Times”
qəzetinin təhsil əlavəsi olaraq hər il beynəlxalq universitetlərin
reytinqlərini hesablayan ən inkişaf etmiş və etibar görən mənbələrdən
sayılır. Onun reytinqinin nəticələrindən dünyada 30 milyondan çox
istifadəçi faydalanmaqdadır. Bu günlərdə QS-in rəsmi saytındakı 2011-ci
il üzrə olan hesabatda müxtəlif indiqatorlara görə universitetlərin
beynəlxalq tələbə nisbətinə görə reytinqi hesablanıb. Şərqi Avropa və
Orta Asiyada fəaliyyət göstərən universitetlərinin akademik reytinqi
hesabatında, Qafqaz Universitetinin adı xüsusilə qeyd olunub.
Hesabatda
qeyd olunur ki, Qafqaz Universiteti Beynəlxalq tələbə
indikatoruna görə dünyanın 100 ən yaxşı universitetləri arasında 64-cü
yerdə qərar tutur. Beynəlxalq tələbə indiqatatoru üniversitetin
tələbələrinin ümumi sayi içərisində xarici tələbələrin nisbəti tələbə
mübadilələri və bu universitet məzunlarının təhsillərinin magistratura
və doktorantura pilləsinin coğrafiyasına görə hesablanır.
Qafqaz
universitetində ondan artıq ölkəni təmsil edən tələbələrin təhsil
alması və universitet məzunlarının əhəmiyyətli bir hissəsinin dünyanın
50 dən artıq ölkəsində magistratura və doktorantura pilləsində təhsil
alması Qafqaz Universitetini bu siyahida dünyanın məşhur və tarixi
universitetlərini keçərək Azərbaycanın adını daha da yüksəltmişdir.
Sevindirici haldır ki,Qafqaz Universiteti bu indiqatora görə nəinki Post
-Sovet məkanının, eyni zamanda Şərqi Avropa və Yaxın Şərqin ilk
universitetidir. Beynəlxalq tələbə indiqatoruna görə Qafqaz Universiteti
90.9 xalla 64. yerlə ABŞ, İngiltərə, Kanada və bir sıra Avropa
ölkələrilə yanaşı, Azərbaycanın adını dünyanın bu siyahıda yer alan 14.
ölkəsi olaraq yazdırmışdır.
Cədvələ nəzər yetirirsək 64.yerdə qərar tutan
universitet bu indiqator üzrə Harvard Universitetini (88) Kolumbiya və
Boston, Ingiltərənin Notingam, Mançester və Lester universitetini
arxada qoymuşdur.Bu sıralamada yer alan 100 universiteti əhatə edən
ölkələr coğrafiyasında Şərqi Avropa və Asiya qitəsini sadəcə iki ölkə
Sinqapur və Azərbaycan təmsil etmişdir.

