“Azərbaycanda gedən dinamik inkişaf prosesində gənclərin rolu”
Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" Heydər Əliyev
1 fervral 2012-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Gənclərin Problemləri üzrə Elmi Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda gedən dinamik inkişaf prosesində gənclərin rolu” mövzusunda dəyirmi masa keçirildi. Mərkəzinin direktoru Qədəmşah Sadıxov dəyirmi masada iştirak edən tələbələrin bayramını təbrik edərək vurğuladı ki, ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır. Bu gənclik Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ölkədə uğurlu islahatların həyata keçirilməsinə, dövlət qarşısında duran vacib problemlərin həllinə öz sanballı töhfəsini verir.

Dəyirmi
masada Gənclər və İdman Nazirliyinin nümayəndəsi Zöhrə Əsgərova və
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi
Tədqiqatlar İnstitunun əməkdaşı, f.e.n. Rəna Mirzəzadə çıxış edərək
ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında Azərbaycanda “Gənclər
günü”nün elan edilməsi ilə bağlı hərtərəfli məlumat verdi.
Azərbaycan
Milli Qeyri-Hökumət Təşkilatları Forumu İdarə Heyəti sədrlərinin də
müzakirələrə qatıldığı dəyirmi masada çıxış edənlər dövlətin aparıcı
qüvvəsi və enerji mənbəyinin gənclər olduğunu qeyd etdilər. Qafqaz Universiteti Tələbə Gənclər Təşkilatının üzvləri müzakirələrdə öz
mövqeyini daha fəal nümayiş etdirdi və gənclərimizin hərtərəfli
inkişafına dövlətimiz tərəfindən göstərilən qayğını faktlarla diqqətə
çatdırdı. Bildirildi ki, gənc nəslin müasir tələblərə uyğun inkişafı,
onun intelektual potensialının daim zənginləşdirilməsi, beynəlxalq
aləmdə ölkəmizi layiqincə təmsil etməsi Azərbaycan dövlətinin diqqət
yetirdiyi prioritet sahələr sırasında yer alır.
Gənclərin
ugurlu və hərtərəfli inkisafi üçün aparılan işlər, onların qloballaşmış
problemleri və bu problemlərin həlli yolları haqqında müzakirələrdə
Xocalı faciəsi həqiqətlərinin təbliği və onun dünyaya çatdırılması
metodlarından da danışıldı.
“Azərbaycanda gedən dinamik inkişaf prosesində gənclərin rolu” mövzusunda aparılan müzakirələrdə dəyirmi masa iştirakçıları bu qənaətə gəldilər ki, gənclərlə bağlı dəqiq və hərtərəfli düşünülmüş siyasət bu nəslin özünüifadəsi üçün imkanlar yaradır, milli inkişafda onun aparıcı rolunu şərtləndirir.