“Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin yarım final mərhələsi başa çatdı

“Qafqaz” Azərbaycan Türkiyə Özəl Gimnaziyasında “Ana dilimizi sevək,
sevdirək” müsabiqəsinin yarım final mərhələsi keçirilib. Müsabiqədə
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz
iştirak edib. Ana dilinə böyük sevgi, vətənpərvərlik hisslərini
gücləndirmək, milli mənəvi dəyərləri qorumaq məqsədi daşıyan müsabiqəyə
Bakı şəhərində eləcədə bir sıra bölgələrdə fəaliyyət göstərən musiqi və
orta ümumtəhsil məktəblərindən də şagirdlər cəlb olunub. Burada
məktəblərin şagirdləri şeir və mahnı kateqoriyaları üzrə bilik və
bacarıqlarını nümayiş etdiriblər. Müsabiqədə məktəblilər şeir və mahnı
kateqoriyasında vətənpərvərlik ruhunda şeirlər söyləyib mahnılar
oxuyublar.
Münsiflər heyətinin qərarına əsasən mahnı kateqoriyası üzrə
Gəncə şəhər musiqi məktəbinin şagirdi Zeynəb Abdullayeva, Bakı şəhəri
İncəsənət Gimnaziyasının şagirdi Əli Əliyev, Ağdaş rayon Tofiqi kənd
orta məktəbinin şagirdi İsmayıl İsgəndərov, Şirvan şəhəri 9 saylı orta
məktəbin şagirdi Elçin Məmmədov, Bakı şəhəri Bülbül adına musiqi
məktəbin şagirdi Günel Mirzəyeva və Sumqayit şəhər 23 saylı orta
məktəbin şagirdi Amil Şıxəliyev, şeir kateqoriyası üzrə Gəncə şəhəri 39
saylı orta məktəbin şagirdi Tünzalə Allahverdiyeva, Mingəçevir şəhəri 1
saylı orta məktəbin şagirdi Nigar Bayramova, Naxçıvan türk Liseyinin
şagirdi Əli Qəhrəmanov, Sumqayit şəhər 23 saylı orta məktəbin şagirdi
İlham Quliyev, Şirvan şəhəri 21 saylı orta məktəbin şagirdi Aytəkin
Məhərrəmova və Bakı şəhəri 201 saylı orta məktəbin şagirdi Gülər
Salehova qalib gələrək finalda iştirak etmək hüququ əldə ediblər.
Tədbirin sonunda Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin
rəisi Arif Gömleksiz münsiflər heyətinin üzvlərinə xatirə hədiyyələri
təqdim edib.




http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/469-ana-dilimizi-sevk-sevdirk-muesabiqsinin-yarm-final-mrhlsi-basa-catd.html