Ali təhsil və gələcək karyera planlanması” proqramının Vaşinqton görüşləri

ABŞ Dövlət Departamentinin həyata keçirdiyi “Ali təhsil və gələcək karyera planlanması” proqramı lahiyəsinin Vaşinqtonda keçirilən görüşləri başa çatdı.
Vaşinqtonda Meridian Beynəlxalq Mərkəzi, Amerikan Universiteti
Karyera Mərkəzi, Amerika İcma Kollecləri Assosiyasiyası, Amerika Dövlət
Kollecləri və Assosiyasiyası, NAFSA (Beynəlxalq Təhsil Müsəssisələri
Assosiyasiyası), NASPA (Ali Təsildə Tələbə Məsələləri Mütəxəssisləri
Assosiyasiyası), Corc Vaşinqton Universiteti, NAICU (Milli Müstəqil
Kolleclər və Universitetlər Assosiyasiyası), ABŞ Əmək Nazirliyi, HACU
(Latın Amerikası mənşəli Kolleclər və Universitetlər Assosiyasiyası)
kimi Vaşinqtonun aparıcı təhsil təşkilatlarında görüşlər keçirilmişdir.
Görüşlərdə ABŞ –da təhsilin strukturu, təhsil xidmətlərinin həyata
keçirilməsində federal hökümət və sahibkarların rolu, eyni zamanda
ictimaiyyətlə əlaqələrə dair geniş mövzuda müzakirələr aparılmışdır.
Müzakirələrdə ABŞ -da təhsilin davamlı inkişafı, ali təhsildə karyera
planlanması və bu nümunələrin Azərbaycanda tətbiq oluna biləcək
tərəfləri haqqında məslələlər və gələcək prespektivlər dəyərləndirildi.
Qeyd edək ki, 21 gün davam edəcək olan proqram fevralın 4 -dən
etibarən Portland şəhərində davam etməkdədir. Proqramda Qafqaz
Universitetindən Dr. İsa Qasımov, Azərbaycan Dövlət İqtisad
Universitetindən Fuad Əliyev, Xəzər Universitetindən İskəndər Ağayev və
Odlar Yurdu Universitetindən Səbinə Əliyeva iştirak edirlər.
Vüsal Rzayev