Kayıtlar

Ağustos, 2011 tarihine ait yayınlar gösteriliyor

700 bal toplamış məzunlar

Resim
Artıq beşinci ildir ki, ali məktəblərə qəbul imtahanlarında ən yüksək - 700 bal zirvəsi fəth olunur. Bu il estafeti Ləman Məmmədova, Cahandar Camallı, Xavər Feyzullayeva və Əli Əliyev davam etdiriblər. Onların hamısı Bakı məktəblərinin builki məzunlarıdır. Tələbə adını qazanmış bu 4 gənc 700 ballıq nəticə ilə imtahan verdiyi I qrupun və bütövlükdə builki abituriyentlərin liderinə çevrilib. Həmin qalib gənclər haqqındakı yazıları oxucularımıza təqdim edirik. Məmmədova Ləman Elşən qızı 1993-cü il noyabrın 27-də Bakıda ziyalı ailəsində anadan olub. 2000-ci ildə Bakının Sabunçu rayonundakı N.Rzayev adına 169 nömrəli məktəbin I sinfinə qəbul olub. 2011-ci ildə həmin məktəbi "əla" qiymətlərlə bitirib. Təhsil aldığı bu illər ərzində məktəbin bütün ictimai işlərində fəal iştirak edib. Dəfələrlə inşa müsabiqələrində, olimpiadalarda iştirak edib, diplomlar alıb. XI sinifdə oxuyarkən məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən olimpiadada Bakı şəhəri üzrə I yeri tutub. 201

700 BALLIQ TƏLƏBƏLƏRİN SEÇDİYİ UNİVERSİTET

Resim
2011-08-27 Milli jurnalistikaya yeni nəfəs “Qafqaz”dan gələcək; Professor Əhməd Saniç: “Bu günə qədər heç bir məzunumuz işsiz deyil” Ölkənin ali və orta təhsil məktəblərində təhsilin keyfiyyətinin tez-tez müzakirə mövzusu olduğu bir vaxtda, qəbul imtahanlarından ən yüksək bal toplayan 4 abituriyentin hamısı özəl ali məktəbi- Qafqaz Universitetini seçdi. 700 bal toplayan abituriyentlər Qafqaz Universitetinin seçmələrinə səbəb kimi respublikamızda fəaliyyət göstərən özəl ali məktəblər arasında ən yüksək reytinqə malik olmasını göstəriblər. Qeyd edək ki, ötən il də 700 bal toplayanların 4-ü bu təhsil ocağını seçmişdi. Həmçinin bu universitetin tələbələri arasında 600-dən çox bal toplayanların sayı onlarladır. Gələcəyini güclü təhsilə bağlayan bu gənclərin nə səbəbdən Qafqaz Universitetini seçməsi ilə maraqlanıb, biz də həmin ünvana üz tutduq. Elə universitetinin rektoru, professor Əhməd Saniçə verdiyimiz ilk sual da bu oldu: “Nədən yüksək bal toplayan abituriyentlər dövlət ali məktəbl

Qax rayonunda 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.

Resim
Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyəti başçısı Musa Şəkiliyev əldə olunan nailiyyətlərdə təhsil işçilərinin, o cümlədən rayonda fəaliyyət göstərən “Araz” Hazırlıq Kursunun böyük əməyi olduğunu xüsusi vurğulayıb. Qax Rayon Təhsil Şöbəsinin müdiri Məmməd Xasıyev, “Araz” Hazırlıq Kursunun müdiri Həsən Həsənov isə builki uğurların onları qane etmədiyini, qarşıdakı illərdə zəngin ənənələrə malik Qax təhsilinin inkişafı istiqamətində müasir texnologiyaları tətbiq etməklə daha yüksək nəticələr əldə etmək imkanlarının olduğunu bildiriblər. Tədbirin sonunda 600-dən çox bal toplayan məzunlara Rayon İcra Hakimiyyətinin mükafatları təqdim edilib. Qeyd edək ki, rayon üzrə bu il tələbə adını qazanmış 156 abituriyentdən 16 nəfəri 600-dən, 49 nəfəri isə 500-700 arasında, 9 nəfər isə 585-600 arasında bal toplayıb. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=40019    

Qızıl, gümüş medal alan məzunların daxil olduqları universitetlər məlum olub

Resim
26 August, 2011 11:39 | Bölmə:: SOSİAL Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilk dəfə olaraq 2010/2011-ci tədris ilində qızıl və gümüş medal alan məzunların qəbul imtahanlarındakı göstəricilərini açıqlayıb. Merkez.az -ın Trend-ə istinadən verdiyi məlumata görə, qızıl medal alan məzunların orta bal göstəricisi 636, gümüş medal alanların isə 600 baldır. Qızıl medal alan 14 məzun Qafqaz Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Moskva Dövlət Universitetinə qəbul olunub. Gümüş medal alan 4 nəfər isə Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Bu il ali məktəblərə qəbul zamanı respublika üzrə ən yüksək – 700 bal toplayan 4 məzunun hər biri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin şagirdləri olub.

Qafqaz Üniversitesinden Bayram Tebriği

Resim

International Edge:TBY talks to Ahmet Sanic, Rector of Qafqaz University, on academic program the ECTS system, and international cooperation.

Resim
Our main goal over the last few years has been to give our students the best possible education.  TBY What were the main targets when Qafqaz University opened its doors in 1993? AHMET SANIC Qafqaz University was an initiative of a group of Turkish investors, and the decision to establish this institution was taken shortly after independence. Turkey has a very emo­tional connection to Azerbaijan and investors saw a chance to do business and also contribute to the development of the Azerbaijani education sector. A lot of students have graduated from this insti­tution, and they are now helping the development of the economy here. A great number of students also began to go abroad to attain skills and bring back Western standards to Azerbaijan. In effect, a bridge has been created between Turkey and Azerbaijan, with many partnerships and internships helping the development of this institution and the Azerbaijani economy. How has the university developed in terms of the number of pro­ g

700 ballılar yenə “Qafqaz”ı seçdilər

Resim
700 bal toplamış abituriyentlərin dördü də Qafqaz Universitetində təhsillərini davam etdirməyə qərar verib. Bəs  onların “Qafqaz”a üstünlük vermələrinin səbəbi nədir? Bu suala cavab tapmaq məqsədi ilə yüksək balla “Qafqaz”a  qəbul olunmuş tələbələrə müraciət etdik.  Ali məktəblərə builki qəbul imtahanlarında cəmi 4 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Onların 4-ü də I ixtisas qrupu üzrə sənəd verən abituriyentlər olublar. Bəs yüksək bal toplamış həmin abituriyentlər hansı ali məktəblərdə təhsil almaq niyyətindədirlər? Əldə etdiyimiz məlumata görə, onların 4-ü də “Qafqaz”ı seçib. Məlumat üçün onu da bildirək ki, ötən il 700 bal toplamış 7 abituriyentdən də 4-ü “Qafqaz”ı seçmişdi. Ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplayanların hamısı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan ümumtəhsil müəssisələrinin məzunudur. Belə ki, Əli Əliyev 287 saylı “Zəkalar

Ali məktəblərə 96,29 faiz tələbə qediyyatdan keçib

Resim
19 August, 2011 13:04 | Bölmə:: GÜNDƏM , SOSİAL Ali məktəblərə dövlət sifarişli yerlərin 99,15 faizi, ümumilikdə isə qəbul olunan tələbələrin 96,29 faizi qeydiyyatdan keçib. Bu sözləri bu gün keçirdiyi mətbuat konfransında  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə,bu gün saat 14:00-da ali məktəblərə tələbə qəbulu proseduru başa çatır. O, bildirib ki, dövlət ali məktəblərində yerlərin 95 faizindən çox dolub. Özəl təhsil müəssisələrində isə vəziyyət belədir. “Xəzər”- 87 faiz “Qafqaz”-95 faiz “Təfəkkür”- 89 faiz “Odlar Yurdu”- 81 faiz “Qızlar Universiteti”- 90 faiz TQDK sədri onu da  qeyd edib ki, sentyabrın ayının 1-dən etibarən ali məktəblərə əmrlər daxil olacaq. Günel Əbilova www.merkez.az

“ŞAHİNLƏR” HƏRBİ DÜŞƏRGƏSİ BU İL 6-CI DƏFƏ TƏŞKİL OLUNDU

Resim
Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərin övladları, rayonun aztəminatlı ailələrindən olan, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində və Quba rayonu Zərdabi qəsəbəsində yerləşən xüsusi Ümumtəhsil İnternat Məktəbində tərbiyə alan 230 nəfər uşaq üçün Quba Özəl Türk Liseyi ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü ödənişsiz “Şahinlər” yay istirahət düşərgəsində 2 həftə ərzində keçən istirahət başa çatmışdır. Düşərgəni Səbayıl rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunları və Quba rayon İcra Hakimiyyəti təşkil edirdi. Düşərgədə şagirdlər üçün hərbi-səhra çadırı qurulmuş, səhra mətbəxi yerləşdirilmiş, həyətdə Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, milli qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, bu il

Ali məktəblərə qəbulda ən yüksək minimal bal 667 bal olub

Resim
12 August, 2011 11:02 | Bölmə:: HADİSƏ Bu il ali məktəblərə qəbulda ən yüksək minimal bal 1-ci qrupdan 667 balla  Qafqaz Universitetinə olub.  Bu barədə “TQDK”-nın bugünkü konfransında məlumat verilib. İkinci ən yüksək minimal bal 2-ci qrupdan 660 balla, 3-cü qrupdan isə 646 balla Dövlət İdarəçilik Akademiyasına olub. 4-cü qrupun ən yüksək minimal balı Tibb Universitetinə 541 balla olub. www.merkez.az

Araz Kurslarının 2011-ci il ÇEMPİONLARI

Resim
  Hər il olduğu kimi, bu il də Araz Kurslarının nəticələri uğurlu olmuşdur. TQDK-nın keçirdiyi ali məktəblərə qəbul imtahanlarında kurslarımızın 218 məzunu 600-dən çox bal toplamışdır. Bunlardan 2 nəfər – Xavər Feyzullayeva və Cahandar Camallı I qrup üzrə ən yüksək nəticəni əldə etmiş, 700 bal qazanmışdır . Məzunlarımızın bəzisi isə müxtəlif qruplar üzrə 2-ci, 3-cü, 4-cü və 5-ci yerləri qazanmışdır. 2011-ci ildə 600-dən çox bal toplayan məzunlarımız aşağıdakılardır. 2011-ci il ÇEMPİONLARIMIZ Bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq. http://araz.edu.az/site/?p=666

Zirvədən zirvəyə

Resim
Ötən tədris illərində olduğu kimi bu il də “Çağ”Öyrətim İşlətmələrinin tədris müəssisələrini bitirən məzunlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda yüksək nəticələr göstərmişlər. Belə ki, məzunlardan Mingəçevir Özəl Türk Liseyinin şagirdi Səlimzadə Natiq 695, Şirvan Özəl Türk Liseyinin şagirdi Surət Əsgərov 692, “Dədə Qorqud” Özəl Türk Liseyinin şagirdi Şamil Şamilov 690, “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdi Cavid Hacıyev 685, eləcə də Bakı, Lənkəran, Ağdaş, Sumqayıt, Şəki, Gəncə, Quba Özəl Türk Liseylərinin şagirdləri Əziz Məmmədli 675, Nəcməddin Bəşirzadə, Fəhmin Osmanlı və Kərim Şirinli 672, Fərid Abbaslı 671, Elvin Qədirli 670, Kamal Babayev 667, Cavid Şirinli 662, ümumiyyətlə 69 məzun 600 və daha yüksək bal toplamışlar. Məzunların 100-dən çoxu isə 500-dən yuxarı bal toplayaraq müəllimlərinin etimadını doğrultmuşlar. www.cag.edu.az

52-ci Beynəlxalq Riyaziyyat Olimpiadasından iki medal

Resim
İyulun 12-24 də Hollandiyanın Amsterdam  şəhərində 52-ci Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib. Bu olimpiadada ölkəmizi Azərbaycan–Türkiyə Özəl liseylərinin 6 şagirdi təmsil edib. Dünyanın 101 ölkəsinin iştirak etdiyi bu bilik yarışında Sumqayıt Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Elşad Mustafayev Gümüş, Bakı Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Altun Şükürlü Bürünc medal əldə ediblər. Lənkəran Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Mirağa Qafarzadə isə dördüncü yer tutaraq həvəsləndirici sertifikata layiq görülüb. Olimpiadanın Təşkilat Komitəsi şagirdlərimizin çıxışını uğurlu hesab edərək, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin ünvanına təbriklər söyləyib.  www.cag.edu.az

700 bal toplayan abituriyentlərdən Ləman Məmmədova

Resim
Yenicə başa çatan ali məktəblərə builki qəbul imtahanlarında cəmi 4 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Bu barədə Modern.az saytına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib. TQDK-dan bildirilib ki, 700 bal toplamaqla maksimal nəticə əldə edən bütün 4 abituriyent ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə sənəd verib.  Modern.az  saytı onlardan birini – Bakıdakı “Zəkalar liseyi”nin məzunu Əli Əliyevi artıq oxuculara tanıdıb. Bu dəfə isə 700 balı toplayan digər abituriyent Ləman Məmmədovanı sizə təqdim edirik. Bakıxanov qəsəbəsində yerləşən 169 saylı orta məktəbin məzunu Ləman Məmmədova birinci sinifdən on birinci sinifə kimi əla qiymətlərlə oxuyub. Bütün qiymətlərinin “5” olmasına baxmyaraq Ləm

I qrup imtahanında ən yüksək nəticə göstərən Əli Əliyev

Resim
Bu il ali məktəblərə qəbul imtahanları zamanı I qrup üzrə 4 abituriyent test kitabçasındakı 125 sualın hamısına düzgün cavab verərək 700 bal toplayıb. Bunlardan biri də 287 saylı Zəkalar liseyinin məzunu Əli Əliyevdir. Əli digər 700 bal toplayan abituriyentlərdən fərqlənir. Belə ki, o, tam orta təhsil haqqında attestatı imtahan vermədən, ANS telekanalında yayımlanan "Ağıl dəryası" yarışmasından əldə edib. Qazandığı uğurlarla yanaşı, Əli təhsil aldığı müddətdə bir sıra çətinliklərlə də üzləşib. Bunu onun öz dilindən eşidək:       - 2000-ci ildə Xətai rayonundakı ingilis dili təmayüllü 27 saylı orta məktəbin birinci sinfinə getmişəm. Burada 8-ci sinfə qədər oxuduqdan sonra təhsilimi 287 saylı Zəkalar liseyində davam etdirmişəm. Bu günə qədər rayon və respublika üzrə keçirilən müxtəlif olimpiada və müsabiqələrdə ilk yerləri qazanmışam. İlk uğurum 6-cı sinifdən başlayıb. Həmin il riyaziyyat fənni üzrə keçirilən olimpiadada fərqlənmə sertifikatı almışa

700 bal toplayan abituriyent:Binəqədi rayonundakı 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva

Resim
Yenicə başa çatan ali məktəblərə builki qəbul imtahanlarında cəmi 4 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. 700 bal toplamaqla maksimal nəticə əldə edən bütün 4 abituriyent ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə sənəd verib. Modern.az  saytı onlardan ikisini – Bakıdakı “Zəkalar liseyi”nin məzunu Əli Əliyevi və Bakıxanov adına 169 saylı məktəbin məzunu Ləman Məmmədovanı artıq oxuculara tanıdıb, müsahibələrini təqdim edib. Bu dəfə 700 balı toplayan abituriyentlərdən 3-cüsünü Xavər Feyzullayevanı sizə təqdim edirik. Bakının Binəqədi rayonundakı 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva 11 illik təhsili müddətində qiymətlərinin normal olduğunu deyir. Bütün qiymətləri “5” olmasa da, o, çalışmağın nəticənin əsas olduğunu vurğulayıb. Müxtəlif bilik yarışmalarında iştirak edən Xavər olimpiadalarda iştirak etməsinə baxmayaraq,  böyük nəticələr qazanmayıb. Amma bunlara baxmayaraq X.Feyzullayeva hər z

700 bal toplayan abituriyentlərin sonuncusu Cahandar Camallı

Resim
Ali məktəblərə builki qəbul imtahanlarında cəmi 4 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. 700 bal toplamaqla maksimal nəticə əldə edən bütün 4 abituriyent ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə sənəd verib və onların hamısı Bakı məktəblərinin məzunlarıdır. Onlardan 3-ü-"Zəkalar liseyi"nin məzunu Əli Əliyev, 169 saylı məktəbin məzunu Ləman Məmmədova və 299 saylı məktəbin məzunu Xavər Feyzullayevanı artıq oxucular tanıyır. Bu dəfə isə 700 balı toplayan sonuncu abituriyent Cahandar Camallını sizə təqdim edirik.        Cahandar Camallı Xətai rayonu 263 saylı orta məktəbin məzunudur. 1-ci sinifdən 11-ci sinfə kimi eyni məktəbdə oxuyan Cahandar Modern.az-a deyib ki, 10-cu sinfədək bütün qiymətləri "5" olub.        "Lakin 10-cu sinifdən "Araz" kursunda hazırlaşdığım üçün iki il orta məktəb dərslərinə fikir vermədim. Ona görə bəzi fənlərdən "4" də aldım".    

Yurtdışında okumak isteyen öğrencilerin dikkatine

Resim
Azerbaycanın en çok tercih edilen özel üniversitesi olan Qafqaz Üniversitesi hakkında 28.07.2011 tarihinde STV Haber televizyonunda yapılan röportaj 

“Qafqaz” özəl ali məktəblər arasında ən yaxşı nəticə göstərib

Resim
2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrində boş qalan (vakant) plan yerlərinin ixtisas seçiminə dünəndən start verilib.   Müsabiqədə 1-ci qrup üzrə ümumi balı 200-dən, 2 və 3-cü qruplar üzrə ümumi balı 250-dən, 4-cü qrup üzrə isə ümumi balı 350 və daha çox olan abituriyentlər iştirak edə bilər. İxtisas seçimi avqustun 9-dək internet vasitəsilə aparılacaq. Ali məktəblərin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələri avqustun 10-da və ya 11-də açıqlanacaq. Məlumat üçün bildirək ki, vakant yerlər əsasən özəl ali məktəblərdə qalıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin dünən keçirdiyi mətbuat konfransında ölkə üzrə 2087 boş yer qaldığını deyib. Plan yerləri isə 93,36 faiz dolub. Onun sözlərinə görə, bu il qəbul yeri birinci turdan yüz faiz dolan universitetlər Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Diplomatiya Akademiyasıdır. Sədr