Şamaxı “Araz” Kursları



Ali məktəblərə qəbul olmaq üçün abituriyentlərə orta məktəbdə əldə etdikləri bilik və bacarıqlarını xüsusi hazırlıqla yenidən möhkəmləndirmək və artırmaq lazım gəlir. Bunun üçün onlar daha çox hazırlıq kurslarına müraciət edirlər.
 
 Bu sahədə ölkədə abituriyentlərin ən çox üz tutduqları yer “Araz” Hazırlıq Kurslarıdır. Respublikamızdakı 12 kursdan biri də Şamaxı şəhərində uğurla fəaliyyət göstərir.  Kursumuzda Şamaxı ilə yanaşı, Ağsu, İsmayıllı, Qobustan və digər rayonlardan gələn abituriyentlər təhsil alırlar. Uğurlarımız böyükdür. Təkcə onu demək kifayətdir ki, 2010-2011-ci tədris ilində Şamaxı rayonundan ali məktəblərə 600-dən yuxarı balla qəbul olan abituriyentlərin hamısı Şamaxı Araz Kursunun dinləyiciləri olmuşlar. Müəssisəmizin qazandığı uğurlar burada çalışan peşəkar müəllimlərimizin fədakar əməyinin nəticəsidir. 2003-cü ildən bəri hər il  qəbul imtahanlarında Şamaxı birinciləri çıxaran kursumuzun əsas məqsədi respublika birincisi, prezident təqaüdçüləri yetişdirməkdir.    
Kollektivimizin üzvlərinin əksəriyyəti  gənc, savadlı və təcrübəli müəllimlərdir. Təhsil ocağımızda çalışan kadrların öz ixtisaslarını yüksək səviyyədə bilməsinə xüsusi fikir verilir. Kursumuza müəllim seçimi iki istiqamətdə aparılır. İxtisas imtahanından uğurla keçən müəllimin dərsi kurs rəhbərliyi və fənn metodistləri tərəfindən dinlənildikdən sonra işə qəbul olunur. Peşə hazırlıqlarını artırmaq üçün müəllimlərimiz üçün mütəmadi olaraq seminarlar təşkil edilir. Bu məqsədlə hər rübdə zona, il ərzində isə üç dəfə respublika üzrə seminarlar təşkil olunur. Müəllimlərin həvəslə qatıldıqları bu fənn seminarlarında tədrisin nəzəri və praktik məsələləri müzakirə edilir. Bu seminarlarda kursumuzun müəllimləri də fəal iştirak edirlər.
Kollektivimizin hər bir üzvü savadlı və peşəkar olmaqla yanaşı,  təmiz və səliqəli geyimləri, gülərüzlü olmaları və mehribanlıqları ilə abituriyentlərin sevgi və rəğbətini qazanmışlar. Bütün bunların nəticəsidir ki, kursumuz yerli əhalinin xüsusi rəğbət bəslədiyi, güvəndiyi, öz övladlarını heç bir tərəddüd etmədən əmanət etdikləri bir təhsil ocağına çevrilmişdir. Bizə olan bu etimadı doğrultmaq üçün səylə və əzmlə çalışırıq.
Kursda 9, 10 və 11-ci sinif şagirdləri qruplar üzrə hazırlaşırlar. Dərslər qız və oğlan sinifləri ayrı olmaqla, tədris edilir. Qruplar üzrə 9-cu siniflərə həftədə 12 saat, 10-cu siniflərə 15 saat, 11-ci siniflərə isə 18 saat dərs keçirilir. Kursda hazırlaşan dinləyicələrə Araz Yayınlarının bütün vəsaitləri - dərs vəsaiti, test bankı, aylıq dərgi və kuizlər (mövzu testləri) pulsuz verilir. Bundan əlavə, ildə 6 dəfə mövzu sınaq imtahanları (MSİ) və 3 dəfə də ümumi sınaq imtahanları (ÜSİ) keçirilir. Sınaq imtahanlarında dinləyicilərimiz pulsuz iştirak edirlər. Bütün imtahanlar fənn müəllimləri və sinif rəhbərləri tərəfindən analiz edilir və nəticələri haqqında valideynlərə ətraflı məlumat verilir. Bu il Araz Kursları daha bir yeniliyə imza atmışdır. Belə ki, abituriyentlər sınaq imtahanlarından bir neçə saat sonra www.araz.edu.az  saytının “video həllər” linkindən istifadə etməklə, bütün sualların düzgün izahını öyrənə bilərlər.
Kursda tədrisin üstünlüyü ondadır ki, hazırlığa kompleks şəkildə yanaşılır, bütün fənnlərin yüksək səviyyədə şagirdlərə mənimsədilməsinə önəm verilir. Vaxt itkisinə yol verilmir. Burada hazırlaşmağın digər üstün cəhəti isə  şagirdlər arasında rəqabət mühitinin hazırlanmasıdır. Sınaq imtahanlarında 600-dən çox bal toplayanlar, hər fəndən 100% müsbət nəticə göstərənlər və imtahan hədəf balını keçənlərə  hədiyyələr verməklə  onları  daha da yaxşı oxumağa həvəsləndiririk. Şagirdləri ali məktəblərin qəbul imtahanına psixoloji cəhətdən hazırlayır, onlara ərizə qəbulunda və ixtisas seçimində köməklik göstərməyə çalışırıq.
Bilik və bacarıqlarını artırmaq istəyən hər bir 8, 9 və 10-cu sinif şagirdi kursumuzun təşkil etdiyi qəbul imtahanlarında iştirak etməklə və lazım olan balı toplamaqla, bizdə oxumaq arzularını reallaşdıra bilər. Kursa qəbul imtahanlarında hər sinifdən və qrupdan ilk  yerləri tutanlara kursda oxuyacağı təqdirdə təhsil haqqından bir sıra güzəştlər olunur. Növbəti qəbul imtahanımız aprelin 15-də keçiriləcək.
Şagirdlərimizin oxumaq həvəsini  artırmaq üçün hər il ənənəvi Bilik yarışı keçiririk. Bu il də dekabrın 25-də Azərbaycanın müstəqilliyinin və şirkətimizin 20 illiyi münasibətilə 8 və 9-cu sinif şagirdləri arasında Bilik yarışı təşkil ediləcək. Şagirdlərin bilik və bacarıqlarını üzə çıxaran bu yarışmada ilk 3 yeri tutan şagirdlər həm  qiymətli hədiyyələr qazanacaq , həm də növbəti tədris ilində kursda oxuyacaqları təqdirdə illik təhsil haqqında müxtəlif güzəşt əldə edəcəklər. Yarışmada şagirdləri daha fəal iştirak edən  məktəblərə də hədiyyələr verilməsi nəzərdə tutulmuşdur.  
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41724

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır