23 Eylül 2010 Perşembe

Qafqaz Ailəsinə" xoş gəldiniz


"Qafqaz Ailəsinə" xoş gəldiniz
TƏBRİK EDİRİK!

2010 / 2011 –ci tədris ilində Qafqaz Universiteti tələbəsi adını qazanmış bütün tələbələrimizi ürəkdən təbrik edir, onlara "Qafqaz Ailəsinə" xoş gəldiniz deyir və təhsil həyatlarında müvəffəqiyyətlər arzulayırıq.

17 Eylül 2010 Cuma

(AzərTAc). Sentyabrın 15-də Qafqaz Universitetində 2010-2011-ci tədris ilinin başlanmasına və Bilik gününə həsr olunmuş tədbir keçirilmişdir.

QAFQAZ UNİVERSİTETİNDƏ TƏHSİLİN İNKİŞAFI İSTİQAMƏTİNDƏ SƏMƏRƏLİ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
Bakı, 15 sentyabr (AzərTAc). Sentyabrın 15-də Qafqaz Universitetində 2010-2011-ci tədris ilinin başlanmasına və Bilik gününə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük əhəmiyyət verdiyini, ümummilli liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamışdır.
Təhsil üzrə mühüm tədbirlərin həyata keçirildiyini xatırladan rektor bildirmişdir ki, 2010-2011-ci tədris ili üçün ali məktəblərə keçirilmiş qəbul imtahanlarında 700 bal toplayan 7 abituriyentdən 4-ü Qafqaz Universitetini seçmişdir. Bu il universitetə qəbul olunmuş tələbələrdən 185-i müvafiq qəbul imtahanında 600-dən çox bal toplamışdır. Öz reytinqinə görə Qafqaz Universiteti respublikanın ali məktəbləri arasında layiqli yer tutmuşdur.
Universitetin beynəlxalq əlaqələrinin ilbəil genişləndiyini qeyd edən professor Ə.Saniç təhsilin inkişafı ilə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırmış, tələbələrə və müəllimlərə uğurlar diləmişdir.
Digər çıxış edənlər də müəllim və tələbələri təbrik edərək, onlara tədris ilində yeni nailiyyətlər arzulamışlar.

Qəşəm Nəcəfzadənin yeni kitabı

Qəşəm Nəcəfzadənin yeni kitabı çapdan çıxıb

01:19 / 23.10.2009
   Tanınmış şair Qəşəm Nəcəfzadənin “Şirvannəşr” nəşriyyatında Qafqaz Universitetinin maliyyə dəstəyilə “Oğlum qapını aç, qapıda bir külək ölür” adlı şeirlər kitabı çap olunub. Kitabda şairin müxtəlif vaxtlarda və əsasən son illərdə yazdığı şeirləri toplanıb. Şeirlərin əsas məzmunu insan düyğularının təbiət və cəmiyyət, kainat və dünya hadisələri ilə əlaqəsindən, daha dəqiq insan bədii anatomiyasından, ölüm, həyat, müharibə, Allah, sevgi haqqında düşüncələrdən ibarətdir. Adından göründüyü kimi bu kitabda küləyin ölümü ədəbiyyatın, metoforanın, təbiətin, sözün ölümüdür. Bu ölüm, ölümlərin ən gözəli, həyatın isə başlanğıcıdır. Xatırladırıq ki, şairin indiyə kimi 21 kitabı işıq üzü görüb, bunlardan 7-si əcnəbi dillərdə çap olunub.
www.525.az
http://525.az/view.php?lang=az&menu=6&id=1628

16 Eylül 2010 Perşembe

“Uğurumun esasını çalışqanlığım teşkil edir”


 Bu il ali mekteblere qebul imtahannında 7 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab vermekle 700 bal toplayıb. Onlardan biri de I ixtisas qrupu üzre maksimal bal toplayan Günel Eldar qızı Abdullayevadır. O, Qafqaz Universitetinin kimya mühendisliyi fakültesinde tehsilini davam etdirecek. Bilik Günü erefesinde Günel xanımla görüşüb bizi maraqlandıran suallarla ona müraciet etdik.
Melumat üçün bildirek ki, o, Şekinin Kiçik Dehne kendinde anadan olub. Orta tehsilini  yaşadığı kenddeki 2 saylı mektebde alan Günel qebul imtahanına Şeki şeherindeki “Araz” kursunda hazırlaşıb.
Günelin sözlerine göre, o, orta mektebi 2009-cu ilde bitirib, lakin senedlerinde texniki qüsur olduğuna göre hemin il qebul imtahanında iştirak ede bilmeyib. “Yeqin ki, bu mesele sizi xeyli meyus edib?” sualımıza Günel xanım sadece: “Bu da bir qismetdir”, - cavabını verdi. Bundan esla ruhdan düşmediyini, daha seyle imtahana hazırlaşdığını, ele uğurunun esasını da bu çalışqanlıq teşkil etdiyini vurğuladı: “Bele uğur qazanmaqda hansısa özel sirr yoxdur. Sadece, zehmete qatlaşıb oxumalısan. Hem de gerek planlı oxuyasan. Kortebii oxumaq ile heç ne elde etmek olmaz. Dediyine göre, bele yüksek netice elde etmeyinde müellimlerinin de emeyi az olmayıb: “Amma bu uğurumda Şekide fealiyyet gösteren “Araz” hazırlıq kursunun xüsusi rolu var. Burada müellimlerin telebkarlığı yüksek seviyyededir”. Günel Abdullayeva “Qafqaz”ı seçmeyini ise bele izah etdi: “Qafqaz” arzuladığım ali tehsil ocağı idi. Xoşbextem ki, bu arzuma qovuşdum. Onu da deyim ki, “Qafqaz” dünyanın bir sıra ölkelerinde tanınan, günün telebleri seviyyesinde onlarla reqabet aparan bir mektebdir. ” Daha sonra imtahan prosesinden söz açan Günel 120 sualı saatyarım erzinde cavablandırdığını, qalan vaxtda ise hemin sualların cavablarını tekrar-tekrar yoxladığını söyledi. Günel sabahın mezunlarına öz meslehetlerini vermeyi de unutmadı: “İlk növbede, şagirdin elme, her hansı peşeye mehebbeti olmalı, imtahana müntezem, hem de sistemli şekilde hazırlaşmalıdır. Eminem ki,  bu cür çalışsalar, uğurlar qazana bilerler”.

Sabir Emrahov Şeki
15.09.2010
www.zaman.az

Tehsil müessiselerinde ilk zeng seslendi

Dünen ölkemizin bütün mekteblerinde yeni ders ilinin ilk zengi seslendi. Bilik günü münasibetile bütün tehsil ocaqlarında tedbirler keçirildi. Bu günün sevincini Bakı şeherinin Yasamal rayonundakı Şefiqe Efendizade adına 13 saylı orta mektebinde yaşadıq.
Mekteblilerin hamısının yerleşe bileceyi meydança olmadığı üçün onlar mektebin iki hissesinde düzülmüşdüler. Tehsil ocağının direktoru Refiqe Memmedova ve Bakı Şeher Tehsil İdaresinin Yasamal, Qaradağ ve Sebail rayonları üzre metod bölmesinin baş mütexessisi Pervin Cebrayılova mekteblileri ve valideynleri tebrik ederek, öten il tehsilde olan uğurlar haqqında melumat verdiler. Birincilerle yanaşı, valideynlerin de heyecanı üzlerinden oxunurdu. Müellimelerin rehberliyi altında ilk defe mektebe ayaq basan birinciler içeri daxil olduqdan sonra Refiqe xanımla hemsöhbet olduq. Ümumiyyetle, özlerini serbest aparmaları baxımından bağçaya geden uşaqlarla getmeyenler arasında ferqin rahat bir şekilde müşahide olunduğunu deyen R. Memmedova “Artıq 3-cü ildir ki, 1-ci sinifden başlayaraq dersler kurikulum esasında keçirilir. Bu metod uşaqlarda özlerini ve fikirlerini daha serbest ifade etmek, rahat fikir mübadilesi etmek imkanlarını verir”, - dedi. Hemsöhbetim son vaxtlarda aktuallığını qoruyub saxlayan vahid mektebli formasına da öz münasibetini bildirdi: “Bu gün özünüz de şahid oldunuz ki, bütün uşaqlar mektebe ağ köynekle gelibler. Valideynlerin az hissesi istisna olmaqla çoxu vahid mektebli formasına keçidle bağlı telebi yerine yetirib. Forma ala bilmeyenlere ise 2 ay vaxt vereceyik. Çünki Tehsil Nazirliyinden de bize tapşırıblar ki, ilk aylarda şagirdlere güzeşt edek, ancaq dediyim müddetden sonra mektebli forması ile gelmeyen uşaqları derse buraxmayacağıq”.
Dünen orta mekteblerle yanaşı, ali tehsil ocaqlarında da Bilik bayramı qeyd olundu. Bu il telebe qebulunda yüksek müveffeqiyyet qazanan Qafqaz Universiteti de öz qapılarını telebelerinin üzüne açdı. Universitetin heyetinde teşkil olunmuş tedbirde  çıxış eden rektor Ehmed Saniç dedi: “Bu il TQDK-nın keçirdiyi qebul imtahanlarında 700 bal toplayan 7 telebenin 4-ü Qafqazı seçib. Bununla yanaşı, builki telebelerimizin 25-i Prezident teqaüdçüsü, 185-i 600-den yuxarı bal toplamış, 257-si ise dövlet sifarişli yerlere qebul olunmuşdur. Universitetimiz orta bal göstericisine göre Dövlet İdareçilik Akademiyası ve Tibb Universitetinden sonra Bakı Dövlet Universiteti ile birge 3-cü yeri tutub”. Daha sonra Prezident teqaüdçüsü olan telebelere hediyye, 700 bal toplayan 4 nefere ise noutbook verildi. Tedbirin sonunda universitetin özfealiyyet derneyi gözel reqsleri ile izleyenlerin qarşısında çıxış etdi.
Qeyd edek ki, bölge müxbirlerimizin verdikleri melumatlara göre, dünen Hacıqabul rayonu Qarasu qesebesinin, Mingeçevir şeherinin 5 saylı orta mektebinin,  Balaken rayonu Acılıqbine kendinin, Şeki rayonunun Birinci Bilecik kendinin, Zaqatala rayonu Çökek kendinin, Ağdaş rayonunun Gürcuva kend esas mektebinin, Bakının Bineqedi rayonunun Sulutepe qesebesinin, Berde şeher 2 saylı orta mektebinin şagirdleri yeni tedris ilini yeni mekteb binalarında qeyd edibler.
Sonda onu da bildirek ki, bu il ölkemizde 120.844 nefer uşaq ilk defe olaraq mektebe üz tutdu. Ümumilikde ise 2010-2011-ci tedris ilinde respublikanın 4546 ümumtehsil mektebinde 1.359.900 şagird tehsil alacaq.
Reşad Zalov, Habİl Elİyev, Rafael Mayilbey Mingeçevir, İlkİn Emİrov Balaken.

Qafqaz Universiteti 2010–2011 acilis toreni TV Haberlerinde


Qafqaz Universiteti 2010–2011 açılıÅ�i TV Haberlerinde
Uploaded by qafqazlife. - News videos from around the world.

15 Eylül 2010 Çarşamba

Qafqaz Universiteti 2010–2011 Tədris İlinin açılış tədbiri keçirildi.


 2010/2011-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 7 nəfər maksimal nəticə göstərərək  - 700 bal toplayıb. Onlardan dördü təhsillərini seçdikləri  ixtisaslar üzrə davam etdirmək məqsədi ilə Qafqaz Universitetini tərcih etmişlər.
Bu il keçirilən qəbul imtahanlarında ən yüksək bal – 700 bal toplayaraq Universitetin
1.      Kimya mühəndisliyi bölməsinə daxil olmuş Günel Abdullayeva
2.      İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi bölməsinə daxil olmuş Nəriman Məmmədli
3.      İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi bölməsinə daxil olmuş İlkin Məsimov
4.      İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi bölməsinə daxil olmuş İsmail Kazımov
 
2010/2011-ci tədris ilində Qafqaz Universitetini tərcih edən və Prezident təqaüdünə layiq görülən 25 tələbə vardır.
1. Rüstəm Muradov,   Maliyyə və kredit,       695
2. Eltun Mirzəzadə,     İstehsalat və xidmət sahə. iqt. və idarə edilməsi,        695
3. Elvin Məmmədli,    İstehsalat və xidmət sahə. iqt. və idarə edilməsi,        695
4. Aydın Ramazanov, İstehsalat və xidmət sahə. iqt. və idarə edilməsi,        690
5. Səbuhi Əbülhəsənli,Maliyyə və kredit,                   690
6. Tərlan Süleymanov,Kompyuter mühəndisliyi,        690
7. Fərid Mustafayev, İstehsalat və xidmət sahə. iqt. və idarə edilməsi,         690
8. Fərid Ələkbərli,       Maliyyə və kredit                    690
9. Şəhla Hüseynova,   Kimya mühəndisliyi                690
10. Nihat İbrahimli      İnformasiya Texnologiyaları və Sistem Müh.             685
11. Zəfər Şükürlü        İstehsalat və xidmət sahə. iqt. və idarə edilməsi         685
12. Məmməd Rəhim Həsənli  Maliyyə                       685
13. Cavid Salahov       Kompyuter mühəndisliyi        680
14. Ürfan Cabbarlı      Kompyuter mühəndisliyi        680
15. Çinarə Əliyeva      İnformasiya Texnologiyaları və Sistem Müh. 680
16. Orxan Həsənov     Beynəlxalq münasibətlər         676
17. Rəşid Ramazanov Kompyuter mühəndisliyi        675
18. Ülvi İsmayılov      Kompyuter mühəndisliyi        675
19. İnci Ələsgərzadə   Beynəlxalq münasibətlər         675
20. Abbas Ələsgərov   Kompyuter mühəndisliyi        670
21. Gülöyşə HəsənovaBeynəlxalq münasibətlər         670

Prezident təqaüdünə layiq görülməyən amma yüksək bal toplayaraq Universitete qəbul olan tələbələr
1.      Nəbi Rüstəmli             Dünya iqtisadiyyatı     685 bal
2.      Ramil Məmmədov      Maliyyə və kredit        680 bal
3.      Rəşad Əbdürrəhmanlı Biznesin Təşkili və İdarə Edilməsi 680 bal
4.      Amil Əsgərov              Dünya iqtisadiyyatı     680 bal


 
 

14 Eylül 2010 Salı

“Bir dünya universiteti olmaq hedefimize addım-addım yaxınlaşırıq”

Ali mekteblere builki qebul zamanı il ilk defe olaraq dövlet ve özel universitetlere eyni imkanlar verildi ve dövlet sifarişli qebul heyata keçirildi. Yeni, dövlet özünün ehtiyacı olan ixtisasları müeyyenleşdirdi, telebeler bu ixtisasları seçdiler ve dövlet tehsil haqqını ödedi. Qafqaz Universiteti builki qebul planının 52-53 faizini dövlet sifarişi esasında doldurdu. 257 neferin, o cümleden 700 bal toplayan 7 neferden 4-nün “Qafqaz”ı seçmesi yüksek nailiyyet kimi qiymetlendirildi. Universitetin rektoru, professor Ehmed Saniç ile söhbetimiz de bu mövzuda oldu.
 - Ehmed bey, ali mekteblere builki qebul imtahanları Qafqaz Universiteti üçün nece keçdi?

- Evvela, bütün telebeleri ve müellimleri hem yeni tedris ilinin başlaması, eyni zamanda bütün Azerbaycan xalqını yenice yola saldığımız Ramazan bayramı münasibetile tebrik edirem.
Sualınıza gelince, ilk defe olaraq bu il Qafqaz Universiteti dövlet sifarişi ile telebe qebulu heyata keçirdi. Bu yolla universitetimize daxil olan telebelerin sayı 257 nefer oldu ki, bu da ümumi qebul planımızın 52-53 faizini teşkil edir. Düşünürem ki, bu, universitetimizin hökumetin dövlet sifarişli tehsil siyasetine verdiyi en böyük töhfedir.
Ümumiyyetle, builki qebul imtahanının neticelerini öten illere nisbetde daha uğurlu hesab edirik. Çünki bu il ölkede 700 bal toplayan 7 telebeden 4-ü “Qafqaz”ı seçib. 180-den çox telebemiz ise 600-den yuxarı bal toplayıb.
Bu veziyyetde bizim mesuliyyetimiz artır. Melumdur ki, Qafqaz Universiteti ümummilli lider Heyder Eliyevin eseridir. Bunun üzerimizde bir ağırlığı var. Ümummilli liderin davamçısı Prezident İlham Eliyev cenablarının da bizden gözledikleri çox yüksekdir. Bunun da üzerimizde ağır mesuliyyeti var. Eyni zamanda bu universitetin erseye gelmesinde türkiyeli xeyriyyeçi iş adamlarının emeyi var. Qeyri-kommersiya meqsedli bir universitet olaraq onların da etimadını doğrultmağa çalışırıq. Bütün bunlarla yanaşı, Azerbaycan xalqı da en savadlı övladlarını bize emanet edir. Gün geçdikce çiyinlerimizde olan mesuliyyet de artmaqdadır. Kollektiv olaraq bu mesuliyyetin ferqindeyik ve bize emanet olunan övladları dünya seviyyesinde yetişdirmeye çalışırıq.
Ümumilikde götürdükde ise, “Qafqaz” orta qebul balına göre, Azerbaycan universitetleri arasında üçüncü sıraya yükselib.
- Melumdur ki, dövlet sifarişi ile qebul olunanlar üçün 1500-2000 manat arasında pul ödenilir. Ancaq “Qafqaz”ın ele ixtisasları var ki, ödenişin mebleği bundan yüksekdir. Bu ferq sizin işinize menfi tesir etmeyecek ki?
- Gelecekde dövlet sifarişli yerlere göre ödenilecek mebleğin artırılmasını gözleyirik. Eger mebleğ eyni seviyyede qalarsa, bu, keyfiyyetli universitetlerin cezalandırılması menasına gele biler. Ancaq bir mesele de var ki, dövlet xetti ile gelen telebelerin bilik ve hazırlıq seviyyeleri digerlerine nisbetde daha yüksek olur. Bele telebelere ders keçmek hem asan, hem de semereli olur. Bununla bele, keyfiyyetli universitetlerin güclenmesi üçün dövletin ayırdığı mebleğin artırılmasını tövsiye edirik. Çünki bu, hem de tehsilde reqabetin artmasına kömek edecek ve bu da, öz növbesinde, inkişafa getirib çıxaracaq.
- Xarici ölkelerden ne qeder telebe celb ede bilmisiniz?
- Her il 100-e qeder xarici telebe qebul edirik. Onların ekseriyyeti Türkiyeden gelenlerdir. Bundan başqa, Rusiya, Gürcüstan, Qazaxıstan, Hindistan, Türkmenistan, Nigeriya, Moldova, Malavi kimi ölkelerden de telebelerimiz var. Ümumiyyetle, dünyanın 11 ölkesinden 400-den çox telebemiz var. Bu da bizim beynelxalq seviyyeli universitet kimi imicimizi möhkemletmekdedir.
- Telebe mübadilesi proqramının icrası ile bağlı veziyyet ne yerdedir?
- “Qafqaz” 1993-cü ilden kreditli ders sistemi ile tehsil verir. Son üç ilde ise Boloniya sistemine keçmişik. Bu sistem imkan verir ki, telebelerimiz xarici ölkelerin universitetlerinde bir illik ve ya 6 aylıq müddete tehsillerini davam etdire bilsinler. Xarici ölkelerin universitetlerinden bize gelenler ise esasen yaz mekteblerini seçirler. Eyni zamanda “Qafqaz”ın telebeleri bizim diplomumuzla yanaşı, bezi Qerb universitetlerinin de diplomlarını paralel şekilde ala bilirler.
- Xaricden gelen telebelere Azerbaycanla bağlı melumat vere bilirsinizmi?
- Yalnız xariciler üçün deyil, yerli telebeler üçün de xüsusi proqramlarımız ve derneklerimiz fealiyyet gösterir. Telebelerimiz üçün çoxsaylı gezintiler teşkil edirik. Onlara Azerbaycanın tarixi, medeniyyeti, adet-eneneleri barede geniş melumat veririk. Bundan başqa, 24 derneyimiz var. Bura reqs, idman, teatr, xor, düşünce, fotoqrafçılıq, kino kimi dernekler daxildir. Telebelerimiz bura könüllü şekilde yazılırlar. Teatr derneyimizin üzvleri klassik dram eserlerimizi ingilisce sehneleşdirirler, bölgelere qastrol seferleri teşkil edirler.
- Universitetiniz iş dünyası ile sıx elaqeler qurub. Bunun semeresini hansı formada görürsünüz?
- “Qafqaz”da tehsil dörd divar arasında qalmır. Biz isteyirik ki, telebelerimiz tecrübe ile iç-içe olsunlar. Bu baxımdan senaye ve iş dünyası telebelerimizin öz biliklerini tecrübeden keçirmeleri üçün çox gözel fürsetdir. Eslinde burda qarşılıqlı faydalanmadan söhbet gedir. Yeni, iş dünyası universitetin nezeri bilgisinden, universitet de iş dünyasının tecrübesinden faydalanır. Bizim müellimlerimiz de zavod ve fabrikde işleyenlere, müessise rehberlerine, holdinq emekdaşlarına xüsusi kurslar keçirler. Telebelerimizin istehsal müessiselerinde tecrübe keçmeleri onların sonradan işle temin olunmalarına da kömek edir. Bundan başqa, her il 120 telebemizi Türkiyeye tecrübeye gönderirik.
Yalnız iş dünyası ile deyil, dövlet qurumları ile de sıx emekdaşlıq edirik. Hansısa mövzuda konfrans keçirmek istedikde, müvafiq dövlet qurumunu birge emekdaşlığa devet edirik. Biz bu emekdaşlığı diger universitetlerile de qururuq. Yeni, biz tekbaşına iş görmek istemirik. Çünki, birge iş gördükde daha semereli neticeler elde etmek mümkündür.
Bundan başqa, universitetimizin nezdinde 10 araşdırma merkezi fealiyyet gösterir. Buradakı müellim ve professorlarımız diger mütexessislerle birge araşdırmalar aparırlar.
- Yeni tedris ilinde telebelerin qarşısına hansı yeniliklerle çıxırsınız?
- Biz gündelik fealiyyetimizde yenilikler etmeye çalışırıq. Eks halda uğur qazanmaqdan söhbet gede bilmez. Bu il biz ingilis dilli ixtisasların ve derslerin sayını artırmışıq. Bunun üçün bir neçe professorumuzu ABŞ-a, Avropaya gönderdik. Artıq ingilis dilli ixtisasların nisbeti 60 faizi ötüb.
Bu il biz telebelere dil seçimi meselesinde de serbestlik verdik. Ola biler ki, hansısa telebe xarici dil öyrenmekde çetinlik çeksin, ancaq ixtisasını ana dilinde yaxşı menimsesin. Ona göre de telebe istese, ingilis dilinde, istese, Azerbaycan dilinde derslere gire bilecek.
- Ehmed bey, yeni fakülte ve ya ixtisaslar açmaq planınız varmı?
- Son iki ilde kimya mühendisliyi ve müellimliyi ixtisaslarını açmışıq. Gelecekde biologiya ile bağlı ixtisaslar açmaq isteyirik. Eyni zamanda qida mühendisliyi ve mexanika ixtisasları üzre müeyyen çalışmalarımız var.
Esas mesele yeni fakülte ve ixtisaslar açmaq deyil. Esas odur ki, açdığınız ixtisaslar üzre yaxşı mütexessisler yetişdiresiniz. Bizim de esas hedefimiz budur. Uğur qazanmayacağımız ixtisasları açmaq istemirik. Çünki tehsil meselesinde risk etmek olmaz.
- Son vaxtlara qeder Azerbaycanda yüksek ballı telebeler özel universitetleri seçmekde tereddüd edirdiler. Ancaq “Qafqaz” özel ve dövlet universitetleri arasındakı ferqle bağlı bu stereotipi sındırmağı bacardı. Siz bunun sirrini ne ile izah edirsiniz?
- Men bunu evvela onunla izah ederdim ki, müellimlerimiz universitetimizi çox sevirler ve işlerini en gözel şekilde, semimiyyetle yerine yetirirler. İkincisi, biz en müasir tehsil texnologiyaları ile tehsil veririk. Eminlikle deye bilerem ki, “Qafqaz” dünya standartlarında bakalavr tehsili verir ve bunun üçün xarici ölkelere getmeye ehtiyac yoxdur. Çünki telebeleri genc yaşında xarici ölkelere göndermek çox risklidir, onların xarici tesirler altına düşmek ehtimalı böyükdür. Bakalavr tehsilinden sonrakı merhelelerde (magistratura ve doktorantura-red.) xarice getmek olar.
- “Qafqaz” öz meqsedlerinin neçe faizine nail ola bilib?
- Qarşımıza qoyduğumuz hedeflere 100 faiz çatırıq. Esas meqsedimiz dünya universiteti olmaqdır. Bu istiqametde irelileyirik. Hazırda regionda ad çıxarmış 3-4 universitetden biriyik.
İkinci esas meqsedimiz universitet şeherciyi qurmaqdır. Ele bir şehercik ki, telebe burada bütün ehtiyaclarını ödeye, kenar tesirlere meruz qalmadan bütün diqqetini derslerine yönelde bilsin. Bunun üçün tikintini davam etdiririk. Yanvar ayında iki binamızın tikintisi tamamlanacaq.
Onu da qeyd edim ki, bizim istifade etdiyimiz tehsil avadanlıqları en müasir texnologiyalara esaslanır. Bu texnologiyalar bütün telebelere eyni imkanları verir. Bunun neticesidir ki, keyfiyyetli mezunlar yetişdire bilirik. Kompyuter ixtisası üzre mezunlarımızdan ikisi son bir ilde ORACLE sertifikatı alıb. Hazırda herbi xidmetde olanlar istisna olmaqla, işsiz telebemiz yoxdur. Dünyanın 32 ölkesinde bizim mezunlarımıza rast gele bilersiniz. Unutmaq olmaz ki, biz 18 yaşlı universitetik. 300-400 yaşlı universitetlerle yarışırıq. Bu, asan iş deyil. Hedeflerimiz böyükdür. Ancaq bir dünya universiteti olmaq hedefimize addım-addım yaxınlaşırıq.
13.09.2010 Natiq Penahlı

Top Universities in Azerbaijan

 Qafqaz University is the highest ranked university in the country according to the Webometrics ranking of Top Colleges and Best Universities of Azerbaijan in 2010, followed by Khazar University in second place nationally.

Qafqaz University was the first and is the only foreign private university in Azerbaijan. It was founded in 1993 with the decree of Azerbaijani National Assembly and the approval of Council of Ministers. The university is the first and the only educational institution authorized by the Azerbaijani Ministry of Education to have a ‘Distinguished Status’ in applying its own curriculum. Qafqaz University is placed 1st among the private universities in filling the student quota given by the Azerbaijani Ministry of Education.

Khazar University is another top leading university in the country. It is the first University in Azerbaijan where the main language of instruction is English. It is also one of the leading universities in Azerbaijan in terms its relations with industry. The University has established effective relations with the leading local and international companies.

List of universities in Azerbaijan:

  • Azerbaijan State Oil Academy
  • Azerbaijan State Economic University
  • Azerbaijan State Marine Academy
  • Academy of Public Administration (Azerbaijan)
  • Azerbaijan Technical University
  • Azerbaijan Architecture and Construction University
  • Azerbaijan Medical University
  • Azerbaijan University of Languages
  • Azerbaijan State University of Culture and Arts
  • Baku Slavic University
  • Baku State University
  • Baku Academy of Music
  • Baku Eurasian University
  • Ganja State University
  • Khazar University
  • Lankaran State University
  • Mingachevir Polytechnic Institute
  • Nakhchivan State University
  • Odlar Yurdu University
  • Qafqaz University
  • Sumqayit State University
  • Western University
* Suggested Reading: QS Asian University Rankings 2010
http://worldranking.blogspot.com/2010/09/top-universities-in-azerbaijan.html