Kayıtlar

Nisan, 2008 tarihine ait yayınlar gösteriliyor

Ulu öndərimiz Heydər Əliyevin nurlu ideyaları əbədi yaşayacaqdır

Aprelin 29-da Qafqaz Universitetində (QU) ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti" mövzusunda ümumrespublika konfransı keçirilmişdir. Təhsil Nazirliyi, Qafqaz Universiteti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış alimlər və pedaqoqlar, Milli Məclisin deputatları, tələbələr iştirak etmişlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ümummilli liderimiz, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan qadınına göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, ulu öndərimiz Heydər Əliyev qadınların siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına böyük əhəmiyyət vermişdir. Ölkəmizdə qadınların inkişafı üçün geniş imkanlar yaradıldığını qeyd edən natiq bütün bu nailiyyətlərin ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu söyləmişdir.M

Qafqaz Universitetində “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda konfrans keçirildi

AZADİNFORM xəbər verir ki, tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş olunub. Bu gün Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda konfrans keçirildi. AZADİNFORM xəbər verir ki, tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş olunub. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Heydər Əliyevin cəmiyyətdə qadın rolunun yüksəlməsi məsələsini həmişə diqqət mərkəzində saxladığını, qadınların dövlət sturukturlarında, parlamentdə və digər ictimai-siyasi təşkilatlarda geniş təmsil olunmasına xüsuüsi diqqət yetirdiyini vurğuladı. Azərbaycanda hakimiyyəti dövründə H.Əliyevin imzaladığı Fərman və Sərəncamların dövlət qadın siyasətinin həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran H.Hüseynova ulu öndərin Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafında müst

Qafqaz University

Resim
Qafqaz University has been providing the highest standards in education in Azerbaijan for its students since 1993. In addition to this high quality tuition, emphasis is put on the preparation of students for a successful career in this world of opportunity. Aim: The university strives to develop the special talents of each individual student whilst giving them an appreciation of much larger global considerations. It is hoped this will enable them to recognize career opportunities later as they arise. Emphasis on the development of language skills is one of the ways we go about this. Modern Technology & Teaching Methods: The university is fully equipped throughout all of the departments with high specification computers and internet access. In all walks of life the modern world demands computer skills therefore training commences at Qafqaz at the earliest time. As well as dedicated computer rooms / laboratories, students have access to a general computer room throughout the day.

Geçmiş Zaman Olur ki,

Yükselen Tahsilimizin Bayraqdarı:Azerbaycan Mekteblisi 26.09.2007

Qafqaz Universitetinde Wireless Internet ehate dairesi her geçen gün daha da genişlenmektedir

Resim

“Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda tədbir keçiriləcək

Resim
Aprelin 29-da Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə Qafqaz Universitetində “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda tədbir keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a Qafqaz Universiteti mətbuat xidmətindən veriblər. Tədbirdə təhsil naziri Misir Mərdanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclis sədrinin müavini Bahar Muradova, BDU-nun prorektoru Nərgiz Paşayeva və Qafqaz Universitetinin rektoru Ahmet Saniç iştirak edəcək. Qeyd edək ki, konfransda 25-dən artıq məruzə dinləniləcək. Məruzələr kitab halında dərc olunacaq. http://azadinform.az/index.php?dn=news&to=art&id=10858 “Qeyri ərəblərə ərəb dilinin tədrisi məsələlərinə müasir baxış” mövzusunda tədbir keçiriləcək Qafqaz Universitetində Misir Mədəniyyət Mərkəzi ilə birgə “Qeyri ərəblərə ər

Muxtar Əfəndizadə liseydə yad olundu

Resim
Fəridə xanm Əfəndiyeva öz çıxışında atasının əsrin əvvəllərində Ağdaşdakı maarifçilik fəaliyyətindən söz açıb. Ağdaş Özəl Türk Liseyində Zaqafqaziyada, Krımda, Türkiyədə Muxtar Əfəndi kimi tanınan Muxtar Əfəndizadənin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Tədbirdə Muxtar Əfəndizadənin qızı Fəridə Əfəndiyeva da iştirak edib. Fəridə xanm Əfəndiyeva öz çıxışında atasının əsrin əvvəllərində Ağdaşdakı maarifçilik fəaliyyətindən söz açıb. Ağdaşda “Nəşri-Maarif” cəmiyyətinin, “Darülirfan” oğlanlar, “Səadət” adlı qız məktəblərinin, qiraətxana və teatrın məhz Muxtar Əfəndizadənin səyləri nəticəsində təşkil olunduğunu vurğulayan Fəridə xanım eyni zamanda atasının ərəb və fars dillərini mükəmməl bildiyini qeyd edib: “O, İsgəndər Münşinin “Tarixi-aləmi-arayı-Abbası” (farscadan), İbn əl Əsirin “Əl-Kamil fi-t-tarix” (ərəb), Mirxond “Rövzət-Üs-səfa” (fars), “Gülüstan” əsərlərini dilimizə tərcümə edib”. Onun sözlərinə görə, Azərbaycanın, demək olar ki, bütün gənc şərqşünasları, el

Qafqaz Universitetində aylıq seminar:"Modernizasiya və dayanıqlı inkişaf fəlsəfəsi: XXI əsrdə Azərbaycan iqtisadi inkişaf imperativləri”

Resim
“Manatın möhkəmlənməsi qaçılmaz prosesdir” Qafqaz Universitetində aylıq seminarlar çərçivəsində növbəti konfrans keçirilib. Tədbirdə Milli Bankın pul siyasəti departamentinin direktoru dr. Xəqani Abdullayev “Modernizasiya və dayanıqlı inkişaf fəlsəfəsi: XXI əsrdə Azərbaycan iqtisadi inkişaf imperativləri” mövzusunda məruzə ilə çıxış edib. Natiq çıxışı zamanı ölkəmizin iqtisadi inkişaf strategiyasını, bununla bağlı respublikamızda gedən prosesləri və gələcək iqtisadi doktrinanı dəyərləndirib. Milli Bankın rəsmisi qarşıda duran başlıca vəzifələri açıqlayıb: “Hazırda üç əsas sual və bu suallardan doğan vəzifələr gündəmdə durur. Birincisi, neft gəlirlərinin düzgün bölüşdürülməsi, ikincisi, neft gəlirlərinin artması şəraitində manatın məzənnəsinin məhdudlaşdırılması yollarının tapılması və nəhayət, üçüncüsü isə, neft pullarının “yağışından” sonra dövlət xərclərinin sabitliyinin qorunmasıdır. Bu üç sual hazırda ölkənin bütün iqtisadi qurumlarını düşündürür. Bu sualları cavablandıracaq və bi

Ahmet Sanic: "Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başlayıb"

Qafqaz Universitetində "Modernizasiya və dayanıqlı inkişaf fəlsəfəsi: XXI əsrdə Azərbaycanın iqtisadi inkişaf imperativləri" mövzusunda seminar təşkil olunub. Seminarda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanın iqtisadiyyatı dirçəlməyə və sürətlə inkişaf etməyə başlayıb. Aparılan məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadi cəhətdən qüdrətli bir ölkəyə çevrilib. A.Sanic vurğulayıb ki, universitetin tələbələrinə yüksək səviyyədə bilik verməklə yanaşı onların bu səpkili seminarlarda iştirakı vacibdir. Milli Bankın icraçı direktoru Xaqani Abdullayev qeyd edib ki, 1993-cü ilə qədər Azərbaycanda sosial-iqtisadi böhran, hərbi siyasi xaos hökm sürüb. Ancaq 1995-ci ildə başlayaraq ölkədə ictimai-siyasi sabitlik bərqərar olub. 2003-cü ildən etibarən isə ölkədə iqtisadi müstəqillik əldə edib, rifah yüksəlişi, hərbi qüdrət artıb. Beynəlxalq nüfuz sürətlə yüksəlib və Azərbaycanda modernizasiya dövrü başlayı

Faruk Çelik: “Əməkdaşlığımız bizi bölgədə böyük gücə çevirəcək”

Resim
"Ölkələrimiz arasında mövcud olan əlaqələri genişləndirməyi və müxtəlif sahələrdə təcrübə mübadiləsini sürətləndirməyi planlaşdırırıq". Qafqaz Universitetini ziyarət edən Türkiyənin əmək və əhalinin sosial müdafiəsi naziri Faruk Çelik: ”Qafqaz Universiteti çox mükəmməl bir təhsil ocağıdır. Universitetin qurulmasında, fəaliyyət göstərməsində mərhum Heydər Əliyevin və hazırkı Prezident İlham Əliyevin böyük dəstəyinin olduğunu bilirik. Elm və təhsil sahəsində əldə olunan bu uğurlar gələcəkdə türk dünyasının elmlə, təhsillə, ixtiralarla gündəmə gəlməsinə rəvac verəcək”,- deyib. “Ölkələrimiz arasında mövcud olan əlaqələri genişləndirməyi və müxtəlif sahələrdə təcrübə mübadiləsini sürətləndirməyi planlaşdırırıq. Bir-birimizin təcrübəsini öyrənməklə inkişaf sürətini daha da artıracağıq və bölgədə böyük gücə çevriləcəyik”. Bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin əmək və sosial təhlükəsizlik naziri Faruk Çelik Qafqaz Universitetini ziyarət edərkən deyib. O, Azərbaycana

Türkiyəli nazir Qafqaz Universitetində olub

Dünən Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik və onun başçılıq etdiyi nümayəndə heyyəti Qafqaz Universitetinin qonağı olub. Qeyd edək ki, Türkiyəli nazir və onun başçılıq etdiyi nümayəndə heyyəti artıq bir neçə gündür ki, Azərbaycanda rəsmi səfərdədir. İlk öncə türkiyəli qonaqlara Qafqaz Universitetinin fəaliyyətini, tədris prosesini əks etdirən qısametrajlı film göstərilib. Universitetin yaranma tarixi, orada təhsil alan tələbələrin ümumi sayı, fakültələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, universitetin tələbələri yüksək səviyyədə təhsil almaqla yanaşı geniş sosial-ictimai fəaliyyətlə də məşğul olurlar. Universitetdə elm, incəsənət, musiqi, idman və s. kimi sahələr üzrə dərnəklər fəaliyyət göstərir. Tələbələrin əksəriyyəti isə həmin dərnəklərin üzvüdür. Vurğulanıb ki, bu gün yüzlərlə azərbaycanlı Türkiyənin aparıcı universitetlərində, türkiyəli vətəndaşlar isə Azərbaycanın ali təhsil müəssisələrində oxuyur. Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türkiyəli
Turkiyenin_emek_ve_Sosial_Mudafiye_Naziri_Faruk_Celik

Türkiyənin Əmək və Sosial müdafiyə naziri Qafqaz Universitetində

Resim
Ölkəmizdə səfərdə olan Türkiyənin Əmək və Sosial müdafiyə naziri və onun başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetinin tələbə və müəllim kollektivi ilə görüşüb. Qeyd edək ki, nazir Faruk Çelik və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Əmək və social müdafiyə naziri Fizuli Ələkbərovun dəvəti ilə Azərbaycana gəlib. Görüş zamanı türkiyəli qonaqlara Qafqaz Universiteti barədə ətraflı məlumat verən Universitetin rektoru professor Ahmet Sanic deyib ki, bu təhsil müəssisəsi 1993-cü ildə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, Universitet Türkiyə və Azərbaycanın elmi-texniki və pedaqoji potensialını birləşdirərək yüksək səviyyəli mütəxəssislər hazırlayır. Avropada geniş istifadə olunan Boloniya sisteminin tətbiq edildiyi universitetdə dərslər Azərbaycan dilində keçilir. Bəzi fənlər isə türk və ingilis dillərində tədris olunur. A.Sanic vurğulayıb ki, Qafqaz Universitetində mühəndislik, iqtisadiyyat və idarəetmə, hüquq, filologiya fakültələri nəzdində avtomatlaşdırılan

Millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun Qafqaz Universitetini Ziyareti

Resim
BDU_rektoru_Abel_Məhərrəmovun_Qafqazı_ziyareti by qafqazlife

Qafqaz Universitetində Heydər Əliyevin 85 illik yubileyi münasibətilə seminar keçirilib

Resim
Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunan seminar təşkil edilib. Seminarı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, Azərbaycan xalqı H.Əliyevin sayəsində və bilavasitə rəhbərliyi altında tarixin ən sərt sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini, müstəqil ölkədə yaşamaq, özünü idarə etmək haqqını qorumağı bacarıb. Onun sözlərinə görə, ulu öndər tərəfindən göstərilən qayğı nəticəsində Azərbaycanda yüksək intellektli gənc nəsil formalaşıb: "Bu gün ölkədə gənclərin standartlara uyğun səviyyədə təhsil alıb lazımi biliklərə yiyələnməsi üçün dövlət tərəfindən lazımi qayğı göstərilir. Gənclərə qayğı ənənəsinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. İlham Əliyev isə bu gün bu ənənəni uğurla davam etdirir". Millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov isə çıxışı zamanı seminar iştirakçılarına Heydər Əliyevin həyat və fəaliyyəti ha

Кавказский университет

Resim
Дата создания Функционирующий с 1993 года Кавказский университет – единственное иностранное высшее учебное заведение в Азербайджане. Университет играет неотрицаемую историческую роль в развитии научно-культурных связей между Азербайджаном и Турцией и является высшей ступенью учебного комплекса «Чаг» Ейретим Ишлетмелери. Согласно решению № 11/1 от 1 мая 1993 года Государственной высшей экспертизационной комиссии при Министерстве народного образования Азербайджанской Республики и согласно постановлению № 203 от 11 сентября 1995 года университет прошел через государственную регистрацию. Еще позже согласно соответствующим законам т.е. с возобновлением лицензии Министерством образования Азербайджанской Республики 20.08.2002 г. еще раз был утверждено законный статус университета. Задача университета Задача университета – воспитать и готовить демократично-настроенных специалистов, любящих свое Отечество и нацию, владеющих научно-техническим знанием и служащих развитию Азербайджанской Республ

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan elmi və təhsilinin qayğıkeşi” mövzusunda tədbir keçiriləcək

Aprelin 23-də Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş seminar keçiriləcək. “Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan elmi və təhsilinin qayğıkeşi” mövzusunda keçiriləcək tədbirdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun məruzə edəcəyi nəzərdə tutulub. Tədbirdə Təhsil Nazirliyinin məsul şəxsləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyası (YAP) və ölkədə fəaliyyət göstərən bir sıra ali təhsil ocaqlarının rəhbər şəxsləri iştirak edəcək. Bu barədə məlumatı AZADİNFORM-a Qafqaz Universitetinin mətbuat xidmətindən veriblər. www.azadinform.az

Geçmiş Zaman Olur ki,

Resim
yatakhane_achilish by qafqazlife

“Xalqımızın Ümummilli Lideri Heydər Əliyev - Azərbaycan elminin və təhsilinin böyük qayğıkeşi”

Resim

Geçmiş Zaman Olur ki,

2005-06

Geçmiş Zaman Olur ki

sanatcilar 6. Uluslararası Türkçe Olimpiyatı Azerbaycan Seçmeleri için Bakü'ye gelen Sanatçıların Qafqaz Üniversitetini Ziyareti

Azerbaycan-Türkiye:Bir ağacın iki kolu

AZERBAYCAN

Qafqaz Universitetində "Düşüncə" klubunun 5 illik fəaliyyətilə bağlı tədbir keçirilib

Dünən Qafqaz Universitetində ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən "Düşüncə" klubunun 5 illik fəaliyyətinə həsr olunan tədbir təşkil edilib. Öncə klubun 5 illik fəaliyyətini əks etdirən film nümayiş olunub. Daha sonra 1993-cü ildə yaradılan və avtomatlaşdırılan riyaziyyat, riyaziyyat və informatika, biznesin təşkili, idarə edilməsi, menecment, maliyyə və kredit, beynəlxalq hüquq, regionşünaslıq, politologiya, filologiya, tərcümə, ibtidai təhsilin pedaqogikası ixtisasları üzrə mütəxəssislərin hazırlandığı universitetdə fəaliyyət göstərən "Düşüncə" klubunun fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Qafqaz Universitetinin tələbələri yüksək səviyyədə təhsil almaqla yanaşı geniş sosial-ictimai fəaliyyətlə də məşğuldular. Universitetdə elm, incəsənət, musiqi, idman və s. kimi sahələr üzrə dərnəklər, klublar fəaliyyət göstərir. Tələbələrin böyük əksəriyyəti bu dərnəklərin, klubların üzvüdür. 2003-ci ildə yaradılan və onlarla üzvü olan "Düşüncə&q

AZƏRBAYCAN İLƏ AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI ARASINDA TƏHSİL ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatları Troy Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsinin dekanı Don Hinesi və universitetin beynəlxalq proqramlar üzrə direktoru Filip Lyon ilə görüşmüşdür. Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Əhməd Saniç, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin də iştirak etdikləri görüşdə nazir Azərbaycan ilə ABŞ arasında müxtəlif proqramlar çərçivəsində geniş əməkdaşlıq əlaqələrinin olduğunu bildirmişdir. Nazir yüksək intellektə malik insan kapitalının formalaşmasında, güclü iqtisadiyyatın qurulmasında təhsilin, xüsusilə ali təhsilin mühüm rolu olduğunu qeyd edərək, son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı geniş tədbirlər həyata keçirildiyini söyləmişdir. O, həmçinin, Qafqaz Universitetində qazanılan uğurları diqqətə çatdırmışdır. Troy Universitetinin Cənubi Qafqazda əməkdaşlıq edəcəyi ilk ali məktəbin Qafq

Aprelin 15-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatları Troy Universitetinin dekanı cənap Filip Lyonu qəbul edib.

Resim
“ Qafqaz” Universitetinin bir qrup tələbəsi 2 il bu ali məktəbdə, 2 il isə ABŞ-da təhsil alacaq. Bu razılıq amerikalı tələbələrə də şamil olunacaq. Proqramı başa vurmuş tələbələrə hər 2 universitetin biznes bakalavrı dərəcəsi veriləcək. Aprelin 15-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatları Troy Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsinin dekanı cənab Don Hinesi və universitetin beynəlxalq proqramlar üzrə direktoru cənab Filip Lyonu qəbul edib. Görüşdə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən, “Qafqaz” Universitetinin rektoru Əhməd Sanıc, nazirliyin müvafiq struktur bölmə rəhbərləri və digər şəxslər iştirak ediblər. Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Nazir Azərbaycanla ABŞ arasında müxtəlif proqramlar çərçivəsində geniş miqyasda əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. Misir Mərdanov yüksək intellektə malik insan kapitalının

LƏNKƏRAN TÜRK LİSEYİNİN ŞAGİRDLƏRİ BEYNƏLXALQ OLİMPİADADA GÜMÜŞ MEDAL QAZANMIŞLAR

AzərTAc-ın müxbiri xəbər verir ki, Lənkəran Türk Liseyinin şagirləri İntizar Rzazadə və Qələmirzə Feyzullayev ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Neft Şirkətinin, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Bakıda keçirdiyi beynəlxalq olimpiadada ikinci yeri tutaraq gümüş medala layiq görülmüşlər. Tədbirdə 32 ölkənin məktəbliləri ətraf mühitin mühafizəsinə dair layihələri ilə iştirak edirdilər. Lənkəranlı şagirlər «Tullantı alüminiumdan hidrogen qazının və elektrik enerjisinin əldə edilməsi» layihəsini hazırlamışdılar. http://www.azertag.com/

Aprelin 2-də Təhsil Nazirliyində II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası (İNEPO-EUROASİA) iştirakçıları ilə görüş keçirilib.

Resim
Aprelin 2-də Təhsil Nazirliyində II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası (İNEPO-EUROASİA) iştirakçıları ilə görüş keçirilib. Görüşdə təhsil naziri Misir Mərdanov olimpiada iştirakçılarını Azərbaycanda görməkdən məmnun olduğunu deyərək onları səmimi salamlayıb. Ekologiya və təbiəti mühafizə problemlərinin araşdırılmasına, onların həlli yollarına həsr edilən bu olimpiada da 30-dan çox dünya ölkəsi nümayəndələrinin iştirak etdiyini qeyd edən nazir ötən il belə bir tədbirin təşkil olunduğunu və onun əhəmiyyətini diqqətə çatdırıb. Eyni zamanda II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının uğurla keçiriləcəyinə əmin olduğunu açıqlayıb. Nazir, həmçinin olimpiadanın "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə həyata keçirildiyini vurğulayaraq bu şirkətin görüşdə iştirak edən rəhbərliyinə təşəkkür edib. Tədbirdə Misir Mərdanov olimpiada iştirakçılarına Azərbaycanın tarixi, milli mədəniyyəti, təhsil sistemi, son illər qazanılan

Qafqaz Universiteti ilə ABŞ-ın Troy Universiteti Nümayende Heyetinin Azersun Holdingi Ziyareti

“AZERSUN HOLDING” MƏTBUAT XİDMƏTİ MƏTBUAT AÇIQLAMASI Heydər Əliyev prospekti 94 • E‐mail: piar@azersun.com • azersun.com • Tel: 4479057 • Fax: 4479067 Tarix : 14/04/2008 No : 009 ABŞ Troy universiteti və Qafqaz Universiteti nümayəndə heyəti “Azersun Holding”in qonağı oldu Müəssisələrində geniş təlim-tədris proqramına başlayan “Azersun Holding”də, ABŞ Troy universiteti və Qafqaz Universitetinin nümayəndələrilə görüş keçirildi. Görüşdə, “Azersun Holding”in prezidenti Abdolbari Goozal peşəkar milli kadr ehtiyatlarının yetişdirilməsi məqsədilə həyata keçirilən tədris proqramı barədə qonaqlara məlumat verdi. Keyfiyyətli məhsul istehsalı üçün səriştəli kadrların yetişdirilməsinin əhmiyyətini qeyd etdi. “Beynəlxalq təcrübənin öyrənilməsi və universitetlərlə mövcud əməkdaşlıq perspektivlərinə toxunan Abdolbari Goozal, Holdingin kadr təminatında “Qafqaz” Universiteti məzunlarının xüsusi yeri olduğunu da qeyd etdi. “Azersun Holding”in yağ zavodu ilə tanış olan qonaqlar, Holdinqin həyata keçirdiy

Qafqaz Universiteti ilə ABŞ-ın Troy Universiteti arasında müqavilə bağlanacaq

Yaxın gələcəkdə Qafqaz Universiteti ilə ABŞ-ın Troy Universiteti arasında beynəlxalq proqramlar əsasında biznesin təşkili və idarə olunması, həmçinin iqtisadiyyat sahəsində kadrların hazırlanması üçün müqavilə bağlanacaq. Bu barədə məlumatı AZADİNFORM-a Qafqaz Universitetinin mətbuat xidmətindən veriblər. Məlumatda əməkdaşlıq çərçivəsində təhsil alan tələbələrə hər iki universitetin tanıdığı diplomun veriləcəyi bildirilib. Hər iki universitet tərəfindən tələbələrə veriləcək bu diplomun dünyanın bir çox ölkəsində qəbul ediləcəyi və sözügedən hüquqi sənədin hər hansı bir xarici dövlətdə müvafiq ixtisas üzrə işləməyə əsas verəcəyi razılaşdırılıb . www. azadinform.az

Don C. Hines:“Qafqaz,Troyun Cənubi Qafqazda əməkdaşlıq etdiyi ilk ali məktəb olacaq"

Resim
Bu gün Qafqaz Universiteti ilə ABŞ-ın Troy Universiteti arasında beynəlxalq proqramlar əsasında biznesin təşkili və idarə olunması, eləcə də iqtisadiyyatın müxtəlif sahələri üçün kadrların hazırlanması məqsədilə anlaşma imzalanacaq. Təhsil Nazirliyində keçiriləcək bu mərasimdə sənədi Troy Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsinin dekanı professor Don C. Hines imzalayacaq. Qonaqla görüşərək anlaşma ilə bağlı bəzi mətləblərə, eləcə də bizi düşündürən digər suallara aydınlıq gətirməsini xahiş etdik. - Dünyanın bir çox ölkələrinin ali təhsil müəssisələri ilə birgə çalışan Troy Universiteti artıq “Qafqaz”la da işbirliyi qurur. Bu işbirliyində “Troy”un Azərbaycandan “Qafqaz”a önəm verməsi nə ilə bağlıdır? - Bəri başdan deyim ki, 130 yaşlı Troy Universiteti əməkdaşlıq etmək istədiyi təhsil ocaqlarının fəaliyyətini diqqətlə izləyir. Məhz bu cür araşdırmalardan sonra təhsil müəssisəmiz belə bir əməkdaşlığa can atır. Bu mənada Azərbaycan təhsil sistemi ilə tanış olarkə

Qafqaz Üniversiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyi 1. Riyaziyyat -Məntiq Olimpiadası elan ədir!

Resim
Ətraflı məlumatı burdan öyrənə bilərsiniz >>

“Qafqaz” “Troy”la əməkdaşlıq edəcək

Resim
Qafqaz Universiteti və ABŞ-ın Troy Universiteti beynəlxalq proqramlar əsasında biznesin təşkili və idarə olunması, eləcə də iqtisadiyyat sahələrində kadrların hazırlanması üçün müqavilə bağlayacaq. Qafqaz Universitetinin aspirantura və doktrontura şöbəsinin müdiri Səlim Özdəmirin verdiyi məlumata görə, bu əməkdaşlıq çərçivəsində təhsil alan tələbələrə hər iki universitetin tanıdığı diplom veriləcək. Bu diplom dünyanın hər bir nöqtəsində qəbul ediləcək və bu da öz növbəsində bizim gənc kadrlarımıza bu sahələr üzrə dünyanın hər hansı bir dövlətində işləməyə imkan verəcək. Troy Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsinin dekanı dr. Don C. Hines bu əməkdaşlığın Azərbaycan təhsilinə öz töhfəsini verəcəyini əminliklə dilə gətirib. http://www.zaman.az/

Geçmiş Zaman Olur ki

Tebrik edirik!

Resim
2008 Azerbaycan Üniversiteler arası Voleybol yarışmalarında 3.grupta mücadele eden Qafqaz Universiteti Voleybol (erkekler) takımı,final karşılaşmasında geçen yılın şampiyonu İktisad Universitesine 2-1 mağlub olarak tarihinde Voleybolda ilk kez Azerbaycan 2.oldu.

Qafqaz Universiteti kimsəsiz insanlara və maddi imkanı zəif əlaçı tələbələrə yardım edib

Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən H.Z.Tağıyev adına Yardım Dərnəyinin təşəbbüsü ilə xeyriyyə konserti keçirilib. Tədbirə millət vəkili Məlahət Həsənova, YAP Nərimanov rayon Gənclər Təşkilatının sədri Gülnarə İsmayılova, Çağ Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən də qatılıb. Bu barədə məlumatı AZADİNFORM-a Qafqaz Universiteti mətbuat xidmətindən veriblər. Konsertdə sənətçilərdən əməkdar artist Azərin, Fərda, Güllü Muradova, Şəhla, Samirə və digərlərinin iştirakı ilə baş tutan konsertdən əldə olunan gəlirin uşaq və qocalar evlərinə, aztəminatlı ailələrə, kimsəsiz insanlara və maddi imkanı zəif əlaçı tələbələrə sərf olunması bildirilib. Qeyd edək ki, H.Z.Tağıyev adına Yardım Dərnəyi bundan əvvəl Saray, Buzovna, Mərdəkan, Şüvalan uşaq evlərinə və Əmircan əlillər evinə müxtəlif formada yardım edib. Dərnək həmçinin Qafqaz Universitetinin Akademik və İdarə heyətinin topladığı yardımı Pakistanda zəlzələdən zərər çəkmiş insanlara göndərib. www.azadinform.az

TƏHSİL MÜƏSSİSƏSİNDƏ XEYRİYYƏ KONSERTİ

Xeyriyye Konserti Qafqaz Universitetində xeyriyyə tədbiri keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə universitetin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbdə xoş məramla yaradılmış dərnəklərin, xüsusilə H.Z.Tağıyev adına Yardım Dərnəyinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışmışdır. Rektor eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Sonra H.Z.Tağıyev adına Yardım Dərnəyi tərəfindən təşkil edilmiş xeyriyyə konserti olmuşdur. Konsertdən əldə olunan vəsaitlə uşaq evlərinə yardım göstərilməsi nəzərdə tutulmuşdur. www.azertag.com

QAFQAZ FİNALDE!

Resim
Qafqaz Universitetini 2008 Azerbaycan Ün,versiteler Arası Voleybol Yarışmalarında Temsil eden Voleybol Takımı 10.04.2008 saat 15.00'da geçen yılın şampiyonu İktisat Üniversiteti ile FİNAL KARŞILAŞMASI yapacaktır.

Naxçıvan Dövlət Universiteti "Qafqaz" Universiteti ilə birgə konfrans keçirdi

Resim
Boloniya prosesinə qoşulmaqla bağlı faydalı təcrübə mübadiləsi aparıldı Dekabrın 15-də "Qafqaz" Universitetinin akt zalında Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qafqaz" Universiteti və Naxçıvan Dövlət Universiteti ilə birgə təşkil etdiyi "Boloniya prosesi kontekstində Azərbaycan təhsili" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransa dəvət olunmuş qonaqlar - respublikamızda fəaliyyət göstərən ali məktəblərin rəhbərləri, Naxçıvandan gəlmiş nümayəndə heyətinin üzvləri "Qafqaz" Universitetinin akt zalında yerlərini tutduqdan sonra konfrans öz işinə başladı. Mərasim iştirakçıları əvvəlcə Naxçıvan Dövlət Universitetinin keçdiyi şərəfli yolu, qazandığı uğurları əks etdirən videosüjetə tamaşa etdilər. Süjetdə ulu öndər Heydər Əliyevin universitetdə olarkən çıxışına, ölkə Prezidenti İlham Əliyevin universitetin 40 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi fərmanı, Naxçıvan MR Ali Sovetinin sədri Vasif Talıbovun universitetə göstər

Geçmiş Zaman Olur ki,

Sayın Abdullah Gül'ün Dışişleri Bakanıyken Ziyareti http://www.youtube.com/user/qafqazuniversity

Geçmiş Zaman Olur ki,

Qafqaz Universitesi Kan Kanpanyasi From: qafqazuniversity http://www.youtube.com/qafqazuniversity

Geçmiş Zaman Olur ki,

QAFQAZ UNIVERSITY From: fbolek1970 http://www.youtube.com/watch?v=RC-EmTOB6gg

Geçmiş Zaman Olur ki,

Azerbaycan-Türkiye Fotoklip http://www.youtube.com/watch?v=O33kr5JLZSE From: talipozdemir

Xeyriyyə Konserti

Çıxış üçün söz alan Qafqaz Universitetinin rektoru proffesor Ahmet Saniç məclis iştirakçılarını salamladıkdan sonra nitqinə başladı xeyriyyəçilik ənənəsi bizə ulularımızdan miras qalmış böyük bir ənənədir. Azərbaycan xalqı var olduqca, bu gözəl ənənəni yaşamış, yaşatmış və gələcək nəsillərə çatdırmışdır. Tariximizin səhifləri bu gözəl ənənəni yaşadan insanlarla doludur. Kim bilir neçə neçə xeyriyyəçiliyin timsalına çevrilmiş adsız qəhrəmanlar uyuyur bu torpaqların altında. H.Z.Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev və Murtuza Muxtarov kimi şəxsiyyətlər, bu xalqın xeyriyyəçi oğullarından bəziləridir. Onlar Azərbaycan xalqı üçün misilsiz işlər görmüş və adlarını tarixə qızıl hərflərlə yazdıraraq dünyadan getmişlər. lakin neçə neçə xeyriyyəçilərə ilham qaynağı olmuş, onların bu gözəl ənənəni davam etdirməsinə vəsilə olmuşlar. Bu gün burada toplanmağımız da buna ən bariz nüminədir. Belə ki sizin də hamınızın bilidyi kimi, Qafqaz Universitetinin tələb

Uğurlarımıza görə peşəkar iş sistemimizə və təcrübəli müəllimlərimizə orcluyuq

Resim
Araz” hazırlıq kursları 16 ildir ki, ölkəmizdə fəaliyyət göstərir. Hər il bu kursları bitirən abituriyentlərin 85-90 faizi Azərbaycanın və eləcə də xarici ölkələrin ən qabaqcıl ali məktəblərinə daxil olur. Kursların Baş İdarəsinin rəisi Arif Gömləksiz ilə söhbətimiz də elə bu mövzuda oldu. - Arif bəy, əvvəla “Araz” ali məktəblərə hazırlıq kursları barədə qısa məlumat verməyinizi xahiş edirik. - Kurslarımız “Çağ” Öyrətim İşlətmələri MMM nəzdində 1992-ci ildə Bakıda fəaliyyətə başlayıb. Hazırda respublikamızın ayrı-ayrı bölgələrində - Əli-Bayramlı, Qax, Lənkəran, Mingəçevir, Gəncə, Sumqayıt, Şamaxı, Şəki və Zaqatala şəhərlərində “Araz” kursları öz fəaliyyətlərini uğurla davam etdirir. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Təhsil bir millətin gələcəyidir”. Biz də bu şüarı əldə rəhbər tutaraq çalışmağa başladıq və böyük əzmlə davam edirik.Kurslarımız fəaliyyətə başladığı gündən indiyədək dəfələrlə müxtəlif qruplarda respublika birincisi çıxarıb. Təkcə onu qeyd etmək lazımdır ki, 2

Universitet-iş dünyası əməkdaşlığının və bilik olimpiadalarının iqtisadi əhəmiyyəti

Resim
İnformasiya və kommunikasiya texnologiyaları sahəsində son illərdə əldə edilən möhtəşəm inkişaf nəticəsində sənayə cəmiyyəti informasiya cəmiyyəti ilə əvəz olunub. Bu əvəzlənməyə paralel olaraq sənayedə istifadə olunan texnoloji anlayışlar fiziki güc olmaqdan çıxaraq beyin gücü olmağa başlayıb. Artıq beyin gücünə bağlı olan texnoloji inkişaf qlobal rəqabətin, ictimai rifahın açarı və əsas göstəricisi halına gəlib. Müasir dövrümüzdə bir ölkənin iqtisadi cəhətdən inkişaf etməsi (və ya hər hansı bir şirkətin bazardakı payının və gəlir səviyyəsinin artması), şübhəsiz ki, həmin ölkədə (və ya şirkətdə) geniş informasiyaya malik yüksək səviyyədə təhsil almış və texnologiya istehsal edə bilən işçi qüvvəsi sayəsində mümkündür. Bu baxımdan əmək, sərmayə, təbii sərvət, təşəbbüskarlıq kimi sıralanan istehsal faktorlarına elm və texnologiyanı da əlavə etmək lazımdır. Ona görə də Azərbaycan qloballaşan dünyada yalnız neft və qazdan ibarət enerji sektorundan asılı qalmayaraq iqtisadiyyatın digər sa